Icma.az
close
up
RU
Paytaxtda 3 Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirib Yeni Gündəm

Paytaxtda 3 Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirib Yeni Gündəm

Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yeni Gundem” xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi 3 Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirib.

3 dekabr Beynəlxalq Əlillər Günüdür

Çıxış edən QHT sədri sədri Məhluqə Rəhimova gündəlikdə duran məsələlərdən danışıb. Bu günün mahiyyətindən, seminarın keçirilməsinin məqsədi  və uğurlu nəticələri barədə iştirakçılara geniş məlumat verib.

QHT sədri Məhluqə Rəhimova tədbirdə çıxış edib

Bildirib ki, tədbir “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı və BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində keçirilir.

Seminar

Əlilliyi olan şəxslərin də iştirak etdiyi seminarda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinin məqsədi barədə məlumat verilib. Bu dəyişikliklərin həssas qrupdan olanların həyatına təsiri, buna görə də baş verə biləcək təhlükənin vaxtında aradan qaldırılmasının vacibliyi vurğulanıb. Əlilliyi olan şəxslərə lazımı imkanların yaradılmasına diqqət çəkilib. Onları təmsil edən təşkilatların iştirakçılığı, bu sahədə fəallıq göstərmələrindən danışılıb. COP29 sesiyasında Əlil Təşkilatları İttifaqının təqdimatı zamanı əlilliyi olan şəxslərin iştirakçılığı, onlar tərəfindən mesajların verilməsi müzakirələrə səbəb olub.

QHT sədri İradə Rizazadə

Təlimçi İradə Rizazadə seminarda çıxış edərək 3 Dekabr Beynəlxalq Əlillər günü ilə bağlı məlumatlar verib. Bu günün mahiyyəti, əsas istiqamət olan əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışların qarşısının alınmasına  diqqət çəkib.

Seminarda əlilliyi olan məcburi köçkün qadınlar və qızlar, icma üzvüləri də iştirak etdilər. Onlar real həyatda qarşılaşdıqları problemlər, onların həlli yolları ilə bağlı maraqlı təkliflər irəli sürüblər. Daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirilib. Sonra həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparılıb. Əlilliyi olan qadınların və qızların yaxınları tərəfindən də mühitin dəyişdirilməsi kimi məsələlər, problemlər haqqında danışılıb. Hüquqlarının təmini və icmaların fəallığının artırılması, bələdiyyələrin, könüllülərin onlara göstəriləcək sosial xidmət sahəsinə cəlb olunması, onlara dəstəyin verilməsinin önəmi vurğulanıb.

Seminar iştirakçıları

Ümumilikdə, layihə çərçivəsində keçirilən belə seminarların məqsədi əlillyi olan qadınlara və qızlara qarşı ictimai yerlərdə münasibət, davranış problemlərinə və zorakılıq hallarına diqqət çəkməkdir. Onların yaşadığı icmalar tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskriminasiya hallarının aradan qaldırılması yollarını müzakirə etməkdir.

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən seminarda SENİ Şirkəti və AzEstetik GROUP tərəfindən əlilliyi olan qadın və qızlara hədiyyələr təqdim edilib. SENİ Şirkətinin marketoloqu Fəridə Fərziyeva ehtiyacı olan 30 nəfəri gigiyenik ləvazimatlarla təmin edib.

“AzEstetik GROUP”un Biznes inkişaf rəhbəri Həşim Quliyev vasitəsiylə şirkət  tərəfindən əlil arabasında olan və gözəllik salonlarına gedə bilməyən qadınlar və qızlara 10 fen təqdim olunub. İctimai birliyin sədri Məhluqə Rəhimova  hədiyyələrin verilməsində dəstəyinə görə hər iki şirkətin rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Əlilliyi olan şəxslərə hədiyyələr təqdim olunub

Ümumilikdə, seminarda 30 nəfər iştirak edib.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022–avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq. Qeyd edək ki, qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunan yeganə qlobal qrant vermə mexanizmdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 02 Dekabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri