Paytaxtda nəzarətsiz qalan yol: Keçənlər təngə gəlirlər VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Həsən Əliyev küçəsinin Tbilisi prospektinə yaxın hissəsində sürücüləri narahat edən xaotik vəziyyətdən danışılıb.
Bildirilib ki, Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsi ilə kəsişməsində avtomobillər istədikləri kimi hərəkət edirlər. Çünki hərəkətin istiqamətini müəyyən edəcək nə məcburedici, nə də məlumatverici yol nişanı var.
"Yerdə pozulan üfüqi nişanlanma xətləri, yarı silinmiş halda iki "Stop" xətti, sağda olmalı halda solda yerləşdirilən işıqfor. Bunların hər birini sözügedən kəsişmədə görmək mümkündür", - deyə əlavə olunub.
Qeyd olunub ki, ərazidə köhnə xətlənmənin yenilənməsinə, həmçinin müvafiq yol nişanlarına ehtiyac var.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Baxış sayı:59
Bu xəbər 15 Noyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















