Icma.az
close
up
RU
Paytaxtda taksi xidmətinə 25 minlik LİMİT: Nə dəyişəcək? REPORTAJ/VİDEO

Paytaxtda taksi xidmətinə 25 minlik LİMİT: Nə dəyişəcək? REPORTAJ/VİDEO

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi 1 Yanvar 2026-cı il tarixindən etibarən Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 min müəyyən edilib. Bu qərar taksi sürücüləri arasında böyük narazılığa səbəb olub. Taksi sürücülərinin bildirdiyinə görə, indiyə kimi taksi fəaliyyəti ilə məşğul ola bilirdilərsə, bundan sonra bu fəaliyyət üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) rəsmi icazə vərəqləri almalıdırlar. İcazə vərəqləri isə AYNA-nın Bakı Beynəlxalq Avtovağzal ərazisində yerləşən ofisində verilir. Sürücülər bildirirlər ki, icazə vərəqlərini almaq üçün günlərlə, hətta həftələrlə növbədə gözləməli olurlar. SƏS TV-nin əməkdaşları məsələni daha detallı şəkildə araşdırmaq üçün yollanıb həmin deyilən əraziyə və verilən qərar barədə taksi sürücülərinin fikirlərini öyrənib.

Taksi sürücüsü Vaqif Əfəndiyev: “Mənim yeni qərara münasibətim çox pisdir. Ona görə ki, Bakı şəhərində 25 min taksi sayı çox azdır. Ən azı 70-80 min taksi olmalıdır ki, insanların taksiyə olan təlabatını ödəsin. İctimai nəqliyyat bərbad vəziyyətdədir. İctimai nəqliyyat normal vəziyyətdə olsaydı, insanlar taksidən istifadə etməzdilər. İnsanların çoxu işsizdir. Dolanışıq üçün hər kəs taksi fəaliyyəti ilə məşğuldur. Dövlət pensiya vermir, iş yeri yoxdur. Ona görə də məcbur taksi fəaliyyəti ilə məşğul idik. Artıq yeni qərarla taksi fəaliyyətinə imkan verilməyəcək. Bəs biz nə ilə dolanmalıyıq? Mən anlaya bilmirəm ki, bu absurd qərarı verənlər hansı cəmiyyətdə yaşayırlar?”.

Taksi sürücüsü Abdulhəsən Tağıyev: “Taksi sayının 75 mindən 25 minə endirilməsi mənfi haldır. Bu qərar on minlərlə taksi sürücüsünün işsiz qalması deməkdir. Mən bu absurd qərarın ləğvini tələb edirəm. İnsanlar taksi fəaliyyəti ilə məşğul olub evlərinə 5-10 manat çörək pulu aparırdılar. Bundan sonra onlar nə etməlidirlər?”.

Taksi sürücüsü Tərxan Mehdiyev: “Mən bu qərardan narazıyam. İndiyə kimi taksi fəaliyyəti ilə məşğul idik. İş yerləri yoxdur. Cavan oğlanam məcbur olub taksi fəaliyyəti ilə məşğul olub 5 qəpik çörək pulu qazanırdım. Bundan sonra mən nə etməliyəm? Bu qərar yüz minlərlə insanın işsiz qalması deməkdir”.

Xidmətin aparıldığı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən Əliyev bildirib ki, son həftə ərazində taksi minik avtomobilləri ilə sərnişin daşımalarının müvafiq icazələrinin alınması üçün müraciətlərin sayında kəskin artım müşahidə olunur: "Şəffaflıq və növbəlilik təmin edilməklə, müəyyən prosedur qaydalarına riayət olunmaqla bütün müraciətlərə baxılır. Gün ərzində mümkün qədər çox müraciətə baxılması təmin edilir. Növbənin yaranmasında əsas səbəblərdən biri - narkoloji test müayinəsidir. Qeyd edək ki, tək avtovağzal kompleksinin ərazisində yerləşən tibb müəsisələrində deyil Bakı şəhərinin müvafiq tibb müəssisələrinin istənilən bölməsində narkoloji testlərdən keçmək və bu haqda arayışı əldə etmək mümkündür. Əlavə olaraq bildiririk ki, icazələrin verilməsi elektron qaydada həyata keçirilir və icazalərin alınması üçün hər hansısa yerə fiziki gəlməyə ehtiyac yoxdur".

Yeni qərarla bağlı nəqliyyat eksperti İlqar Hüseynov açıqlamasında bildirib ki, dövlət bu qərarı verərkən prinsipal qərarı unudur. Onun sözlərinə görə, azad bazar iqtisadiyyatı mövcuddur və tələb-təklif deyilən bir anlayış var: “Tələb-təklif bazarı özü tənzimləməlidir. Bu anlayışı məhdudlaşdırmaq olmaz. Məsələn, ölkədə 100 min nəfər düşünür ki, mən taksi fəaliyyəti ilə məşğul olacam. Bu onların haqqıdır. Bu haqqı insanların əlindən heç kim ala bilməz. Bunu qanun qadağan etmir. Bu gün hər kəs gedib BYD markalı avtomobil alıb, taksi fəaliyyəti ilə məşğul olmaq istəyir. Heç kəs deyə bilməz ki, sən niyə bu fəaliyyətlə məşğul olursan. AYNA deyir ki, mən taksi fəaliyyəti ilə məşğul olan 100 min şəxsdən 25 mininə bu fəaliyyət üçün lisenziya verirəm, ancaq digərlərinə vermirəm. Bu hansı qanuna və məntiqə sığır? İnsanlar olan qalan pulunu yığıb, gedib özlərinə avtomobil alırlar ki, bu fəaliyyətlə məşğul olsun. Yaxşı bəs lisenziya almaq üçün hansı tələblər əsas götürüləcək? AYNA-nın taksi sürücüsünün lisenziyasını ancaq o halda ləğv etmək hüququ varki, həmin taksi sürücüsündən sərnişinlər tərəfindən şikayətlər daxil olsun. Ancaq öz dolanışığını taksi fəaliyyəti ilə təmin edən insanların fəaliyyətini dayandırmağa AYNA-nın haqqı yoxdur. Bu qanunsuzdur”.

Müəllif: İlkin Məmmədkərimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri