Paytaxtda ticarət dövriyyəsinin həcmi artıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 dekabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,4 faiz artaraq 28 milyard 242,5 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 16 milyard 008,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 12 milyard 233,7 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 13 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















