Icma.az
close
up
RU
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb

Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb

Icma.az bildirir, Sia Az portalına istinadən.

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunan “Zəfərindən Güc Al” devizi ilə minifutbol üzrə Bakı şəhər rayonlarını əhatə edən Abad məhəllələrarası mini futbol turnirinə yekun vurulub.

2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onlarda sağlam həyat tərzinin təşviq edilməsi və idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki mini-futbol stadionlarında təşkil edilən yarışlar olimpia sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1266 yeniyetmə idmançının yer aldığı 123 komanda iştirak edib.

Turnirin birinci turu oktyabrın 24-nə kimi paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə oktyabrın 31-də final oyunları ilə yekun vurulub. Tədbirin əvvəlində populyar müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımova iştirakçılar qarşısında çıxış ediblər. Rəsmi açılış mərasimindən sonra final oyunu keçirilib.

Final oyununda Yasamal rayonunun komandası Sabunçu rayonunun komandası görüşüblər. 7 : 5 hesabı ilə qalib gələn Yasamal rayonunun komandası turnirin qalibi olub.

Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin sonunda atəşfəşanlıq keçirilib və xatirə şəkli çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Noyabr 2025 05:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see265

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see205

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see170

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see167

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see164

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri