Paytaxtın bəzi yollarında hərəkət niyə iflic olur? VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında metronun "Nizami" stansiyası ətrafında nəqliyyatın hərəkətinin təşkili ilə bağlı problemlərdən bəhs olunub.
Bildirilib ki, ərazidə aparılan çəkilişlərdən sonra 18 nömrəli məktəbin qarşısındakı yolayrıcında üfüqi nişanlanma əvvəlki vəziyyətinə qaytarılıb, Şıxəli Qurbanov küçəsində isə yol xətləri yenilənib. Lakin bəzi nöqsanlar hələ də aradan qaldırılmayıb.
Qeyd olunub ki, Cəfər Cabbarlı küçəsindən Salatın Əsgərova küçəsi istiqamətində hərəkət edən sürücülər Qış parkı tərəfdən gələn avtomobillərlə qarşılaşırlar, düzgün park edilməyən nəqliyyat vasitələri isə Zivər bəy Əhmədbəyov küçəsi istiqamətində dönərkən sıxlıq yaradır.
Vurğulanıb ki, Salatın Əsgərova küçəsinin başlanğıcındakı işıqforun yerinin dəyişdirilməsi və Şamil Əzizbəyov küçəsi ilə kəsişmədəki işıqforla sinxronlaşdırılması hərəkətin daha axıcı və təhlükəsiz təşkilinə kömək edə bilər.
YouTubehttps://www.youtube.com/watch?v=JSxA80p6Khk
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 Oktyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















