Paytaxtın bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 525.az-a bildirilib ki, məhdudiyyətlər iyulun 13-ü saat 07:00-dək aşağıdakı yol sahələrini əhatə edəcək:
Səməd Vurğun küçəsində – Füzuli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək;
Nazim Hikmət küçəsində – Həsən bəy Zərdabi küçəsi və Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək;
Sənan Abdullayev küçəsində (Baksol yolu) – Ziya Bünyadov prospektindən Sənan Abdullayev küçəsi, döngə 1-dək.
Qeyd olunan ərazilərdə aparılan təmir işləri ilə əlaqədar sürücülərdən müvəqqəti narahatlığa anlayışla yanaşmaları, hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 İyul 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















