Paytaxtın bu ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan Binə qəsəbəsində 6 kV-luq hava xəttində naqillərin yenilənməsi işləri ilə əlaqədar noyabrın 25-dən 29-dək elektrik xətləri sifarişə əsasən açılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Baxış sayı:64
Bu xəbər 24 Noyabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















