Paytaxtın bu ərazisində qaz olmayacaq
Icma.az, Qafqazinfo-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Paytaxtın bu ərazisində qaz olmayacaq.
Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə 06.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z. Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Baxış sayı:94
Mənbə:https://qafqazinfo.az