Icma.az
close
up
RU
Paytaxtın küçə və prospektlərində ağıllı işıqforlar

Paytaxtın küçə və prospektlərində ağıllı işıqforlar

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, paytaxtda ilk dəfə olaraq nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan "ağıllı işıqforlar" (adaptiv) quraşdırılıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, bu məqsədlə iki xarici ölkənin mütəxəssisləri ilə birlikdə pilot layihəyə start verilib. İlkin olaraq paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında (piyada işıqforu), həmçinin Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə işıqforlar sınaq müddətində işə salınıb. "Ağıllı işıqforlar" yol üzərində yerləşdirilən sensorlar, kameralar və bəzən radarlar vasitəsilə hərəkət intensivliyini ölçür. Toplanan məlumat mərkəzi idarəetmə proqramına ötürülür və həmin proqram real vaxt rejimində hansı istiqamətdə işıqforun yaşıl işığının müddətinin artıb-azalması ilə bağlı qərar verir. Ənənəvi işıqforlar sabit qrafiklə işləyir, adaptiv sistem isə daim dəyişən vəziyyətə uyğunlaşır. Pik saatlarda nəqliyyat axını sürətlə artır. Ənənəvi svetoforlar bu artımı nəzərə almır, nəticədə uzun növbələr yaranır. Adaptiv sistem isə avtomatik olaraq həmin istiqamətə daha çox yaşıl işıq ayırır. Qəza halında və ya yol bağlandıqda isə sistem dərhal vəziyyəti analiz edir, istiqamətlərin prioritetini dəyişir və yükün balanslaşdırılmasına şərait yaradır. Adaptiv işıqforlar yol hərəkəti iştirakçıları üçün səmərəlilik baxımından daha faydalı olacaq. Yəni yolda nəqliyyat sıxlığı olmadığı vaxtlarda işıqforların yaşıl işığı daimi yanmaqla, vaxt itkisinin qarşısı alınmış olacaq.

Bu tip sistemlər tıxacların qarşısının alınmasında effektiv vasitəyə çevriləcək

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki,  bu "ağıllı işıqforlar" nəqliyyatın intellektual idarəetmə sisteminin əsas komponentlərindən biridir. Bu tip sistemlərin tıxac və sıxlığın qarşısının alınmasında effektiv vasitəyə çevriləcəyi gözlənilir. Bu, özü-özlüyündə olduqca vacib bir elementdir: "Günün müəyyən saatlarında hansısa istiqamətdə avtomobil axını daha çox olur, amma işıqforlar hələ də axının zəif olduğu istiqamətə üstünlük verir. Adaptiv sistemlə işləyən bu ağıllı işıqforlar isə real vaxt rejimində bu vəziyyəti izləyərək məlumatı mərkəzə ötürür və dərhal həmin istiqamətə daha uzunmüddətli "yaşıl işıq" tətbiq etməklə tıxacın qarşısını alır. Bu sistem hələlik test rejimində tətbiq olunur, lakin ümid edirik ki, yaxın gələcəkdə onun effektiv nəticələrini görəcək və geniş şəkildə faydalana biləcəyik. Hazırkı mərhələdə bu sistemin səmərəli istifadəsi Bakı şəhəri üçün çox vacibdir".

Artıq hər yol ayrıcında bir polis əməkdaşının durmasına ehtiyac qalmayacaq

Ekspertin sözlərinə görə, hazırda tıxac problemi hər kəsi narahat edən bir məsələdir və bu problemin necə həll olunacağı ilə bağlı müxtəlif yanaşmalar mövcuddur: "Uzun müddət ərzində icra olunan, lakin nəticə verməyən layihələr insanlarda inamsızlıq yaradıb və belə düşüncə formalaşıb ki, Bakının tıxac problemi heç vaxt həll olunmayacaq. Amma bu cür ağıllı sistemlərlə problemin qarşısını almaq mümkündür. Belə sistemlərin tətbiqi nəticəsində artıq hər yol ayrıcında bir nizamlayıcı - polis əməkdaşı durmasına ehtiyac qalmayacaq. Əgər hansısa ərazidə sıxlıq yaranırsa, dərhal ora bir əməkdaş göndərmək əvəzinə, sistem özü vəziyyəti analiz edərək avtomatik tənzimləmə aparacaq. Bu, həm də sürücülərin qayda pozmalarının qarşısını almağa kömək edəcək".

Bu sistemlər yol hərəkətinin daha səmərəli və təhlükəsiz təşkilinə imkan yaradır

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun dediyinə görə, "ağıllı işıqforlar"ın quraşdırılmasında əsas məqsəd şəhərdə avtomobil sıxlığını tənzimləmək, nəqliyyat axınına nəzarət etmək və sıxlığın tıxaca çevrilməsinin qarşısını almaqdır. Bu gün müasir texnologiyalara əsaslanan bu sistemlər yol hərəkətinin daha səmərəli və təhlükəsiz təşkilinə imkan yaradır. Bu sistemin müsbət tərəflərindən biri ondan ibarətdir ki, tıxacların yaranma ehtimalını minimuma endirir: "Hesab edirəm ki, paytaxtın hansı ərazilərində qəza riski çoxdursa, mütəmadi qəzalar baş verirsə, piyadaların yolu keçməsində problem yaşanırsa, həmin ərazilərdə işıqfor quraşdırılmalıdır. İşıqforlar yolda hərəkəti tənzimləyən vacib elementdir. Yol iştirakçılarının təhlükəsizliyinin qorunması, rahat hərəkətin təmin edilməsi, nəqliyyat axınının düzgün idarə olunması üçün vacibdir. Yol hərəkəti iştirakçılarına hansısa maneə yaranan ərazilər varsa, düşünürəm ki, müvafiq qurumlar mütəxəssislərlə bu vəziyyəti yerində araşdırmalı, monitorinqlər aparılmalı və qaydaların dəyişməsinin labüd olduğu təsdiqləndikdə hansısa işıqfor ləğv edilə, yol nişanlarında düzəlişlər edilməlidir. İşıqforlar və ya yol nişanları sürücülərin, ya da piyadaların şəxsi istəkləri əsasında qoyulmur. Bu, təhlillər əsasında həyata keçirilir və keçirilməlidir və bu zaman yolda nəqliyyatın sıxlığı, təkcə piyadaların deyil, ümumən yol-hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı nəzərə alınmalıdır".

"Ağıllı işıqforlar" ictimai nəqliyyat vasitələri üçün daha böyük üstünlüklər yaradacaq

Ekspert hesab edir ki, "ağıllı işıqforlar" xüsusilə ictimai nəqliyyat vasitələri üçün daha böyük üstünlüklər yaradacaq: "Avtobus və digər ictimai nəqliyyat vasitələrinin vaxtında hərəkət etməsi üçün işıqfor işıqlarının düzgün və çevik şəkildə idarə olunması vacibdir. Bu sistemlər marşrutların daha dəqiq planlaşdırılmasına və sərnişinlərin vaxt itkisi yaşamamasına imkan verir. Ona görə də ağıllı işıqfor sistemlərinin müsbət cəhətləri kifayət qədər çoxdur. Bu qurğular həm nəqliyyatın effektiv idarə olunmasına, həm ekoloji problemlərin azalmasına, həm də şəhər sakinlərinin gündəlik həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir. Nəticə etibarilə, ağıllı işıqforlar müasir şəhər infrastrukturunun ayrılmaz və vacib bir hissəsinə çevrilir".

"Ağıllı işıqfor"lar dinamik, çevik və adaptiv şəkildə işləyən idarəetmə mexanizmi yaradır

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, "ağıllı işıqforlar"ın quraşdırılması paytaxt yollarında demək olar ki, hər gün müşahidə olunan tıxacların qarşısının alınmasına öz töhfəsini verəcək: "Artıq Bakıda hər gün, hər saat və hər an tıxaclar qaçılmaz olub. Buna görə də nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan "ağıllı işıqforlar"ın, detektorların sayı da artırılmalıdır. Bununla da mərkəzi küçələrdə avtomobillərin orta sürətini bir qədər artırmaq mümkün ola bilərdi".

Osman Gündüzün söylədiyinə görə, sistem həmçinin süni intellekt alqoritmləri ilə tənzimlənir. Bu alqoritmlər vasitəsilə hansı istiqamətdə nəqliyyat sıxlığının daha çox olduğu müəyyən edilir və məhz həmin istiqamətə yaşıl işıq daha uzun müddət yönəldilir. Beləliklə, ağıllı işıqforlar dinamik, çevik və adaptiv şəkildə işləyən bir idarəetmə mexanizmi yaradır: "İşıqforların üzərindəki kamera və sensorlara bənzər qurğular əvvəlcə radar olaraq düşünülsə də, nəqliyyat sensoru və nəqliyyat axınına nəzarət sisteminin bir hissəsidir. Verilən məlumata görə, onların əsas funksiyası işıqfor qarşısında neçə avtomobil dayandığını və zolaqlarda sıxlığı adaptiv bir şəkildə təyin etmək olacaq. Toplanan məlumat əsasında işıqforun fazaları tənzimlənəcək və avtomobil axını sıxlığa görə səmərəli idarə olunacaq. Beynəlxalq təcrübədə "vehicle detection camera" və ya "traffic monitoring sensor" kimi tanınan sistem artıq müxtəlif ölkələrdə də uğurla tətbiq edilir".

Dayanıqlıq məsələsi ağıllı işıqforların əsas funksiyalarındandır

Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, "ağıllı işıqfor"lar hərəkət intensivliyini izləyir və yolun buraxma qabiliyyətini artırır. Nəticədə sıxlıq azalır və nəqliyyat axını daha səmərəli təşkil olunur: "Dayanıqlıq məsələsi ağıllı işıqforların əsas funksiyalarındandır. Sistem avtomobil axınını avtomatik analiz edir və işıqforların dəyişmə vaxtını optimal şəkildə tənzimləyir. Beləliklə, 5 avtomobil üçün 105 saniyə və ya 35 saniyə gözləmə problemi aradan qaldırılır. Əsasən bu sistem əvvəlcə sıx hərəkətli küçələrdə tətbiq olunacaq, daha sonra isə digər ərazilərə yayılacaq. Ağıllı işıqforlar şəhərdə hərəkətin effektiv idarə olunmasına və nəqliyyat axınının yaxşılaşdırılmasına xidmət edəcək".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see292

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see261

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see243

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see242

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see242

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see237

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see236

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see234

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see225

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see218

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see218

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see203

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see198

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see194

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see193

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see192

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see191

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see190

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see184

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri