Icma.az
close
up
RU
Paytaxtın mərkəzində ölü eskalatorlar FOTOLAR

Paytaxtın mərkəzində ölü eskalatorlar FOTOLAR

Icma.az, Olke.az saytına istinadən bildirir.

Bakı şəhərinin mərkəzində, Qış parkına gedən yeraltı keçidlərdən birində eskalatorların uzun müddətdir işlək vəziyyətdə olmaması piyadaların narazılığına səbəb olub.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki,  hər gün yüzlərlə insanın istifadə etdiyi bu keçiddə eskalatorların fəaliyyətsiz qalması, xüsusilə yaşlılar, uşaqlı valideynlər üçün ciddi çətinliklər yaradır.

Eskalatorlar təmirli və müasir olsa da keçiddəki eskalatorlar aylardır işləmədiyindən piyadalar məcburən pilləkənlərdən istifadə etməli olurlar. Həmin pilləkənlər isə bəzi insanlar üçün həm təhlükəli, həm də fiziki baxımdan yorucudur.

Məsələ ilə bağlı sakinlərin fikirlərini öyrəndik. Onlar bu halın həm yay, həm də qış üçün narahatlıq doğurduğunu bildirirlər. Yayın istisində, xüsusən də günün pik saatlarında pilləkənlərlə qalxıb-enmək əziyyətə çevrilir. Qış aylarında isə yağış və qar səbəbindən pilləkənlər sürüşkən olur və bu da qəzaların başvermə riskini artırır.

Ərazidən keçən paytaxt sakini Ənvər Yaqubov deyir: “Bu qədər pul tökülüb, sakinlərin rahatlığı üçün eskalatorlar tikilib. Amma işləmirsə, niyə var? Yaxşı, deyək ki, texniki problem var, bəs bu qədər uzun müddətli texniki problem olar? Nə vaxt düzələcək, heç bilən də yoxdur. Mən yaşlı adamam, pilləkənlərdən istifadə etmək istəmirəm. Eskalatorlar var ki, biz vətəndaşların işini asanlaşdırsın”.

Digər sakinlər də bu məsələyə münasibət bildiriblər. Özünü tanıtmaq istəməyən gənc bir qız bildirir: "Yağışlı havada, qar yağanda eskalatorların işləməməsi çox pis haldır. Rəfiqəm bir dəfə eskalator işləmədiyindən pilləkəndən istifadə etdi və orada sürüşüb yıxıldı, ayağını zədələdi. Tezliklə problem həll olunsa, çox yaxşı olar".

Uşaqlı valideynlər də vəziyyətdən narahat olduqlarını deyirlər. Onların sözlərinə görə, isti yay günlərində uşaqla birlikdə pilləkənlərdən qalxmaq ciddi narahatlıq yaradır və bəzən bu səbəbdən keçiddən istifadə etməkdən imtina edirlər.

Paytaxt sakini Elza Qardaşova hazırkı situasiyadan razı deyil: "Qızmar günlərdə qucağımda uşaqla bu pilləkənlərdən qalxıb-enmək çox çətindir. Həm də qorxuram ki, birdən ayağım ilişər, yıxılaram".

Məsələ ilə bağlı  AYNA-dan sorğumuza verilən cavabda bildirilir ki, "Qış parkı"nın aşağısında yerləşən yeraltı dayanacaq təhvil alınarkən müəyyən çatışmazlıqlar mövcud olub: "Həmin zaman aparılmış yoxlamalar nəticəsində lift və eskalatorlarda ciddi nöqsanların olduğu və onların işləmədiyi aşkar edilib. Bildirilir ki, avtodayanacaqda yerləşən lift və eskalatorların əsaslı təmiri nəzərdə tutulub. Artıq eskalatorların təmiri ilə bağlı tender elan olunub, qalib şirkət müəyyənləşdirilib və yaxın vaxtlarda təmir işlərinə başlanılması planlaşdırılır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri