Icma.az
close
up
RU
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ KONKRET

Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının əsas nəqliyyat arteriyalarından biri olan Xocasən–Sədərək ticarət mərkəzi istiqamətində magistral yol ciddi problemlərlə üz-üzədir. Yolun müxtəlif hissələrində yaranmış dərin çuxurlar, deformasiyalar və asfalt örtüyünün dağılması həm sürücülər, həm də ümumilikdə nəqliyyat axını üçün real təhlükəyə çevrilib.

KONKRET.az xəbər verir ki, bu barədə Musavat.com-a sözügedən yoldan istifadə edən sürücülər məlumat veriblər. Sürücülər gediş-gəlişdə çox əziyyət çəkdiklərini, maddi ziyana düşdüklərini və hər an təhlükələrlə üz-üzə qaldıqlarını iddia edirlər və müvafiq qurumlardan yolun dağılan hissələrinin təmir olunmasını xahiş edirlər: “Yolun bəzi hissələrində çuxurlar o qədər dərinləşib və eninə böyüyüb ki, sürücülər qəfil manevr etməyə məcbur qalır. Bu isə nəqliyyat vasitələrinin zədələnməsi ilə yanaşı, zəncirvari qəza riskini də artırır. Xüsusilə gecə saatlarında və ya yağışlı havada vəziyyət daha təhlükəli xarakter alır. Sürücülər çuxurları vaxtında görə bilmir, nəticədə həm maddi ziyan, həm də həyat üçün risk yaranır”.

Qeyd edək ki, Xocahəsən – “Sədərək” magistralı təkcə paytaxtın daxili hərəkətini təmin etmir. Eyni zamanda, iri ticarət mərkəzlərinə çıxışı olan, yük daşımalarının intensiv həyata keçirildiyi strateji əhəmiyyətli bir xətdir. Sutka boyu yüzlərlə, bəzən minlərlə yük avtomobili bu istiqamətdən istifadə edir. Bu yol ölkədaxili ticarət və logistika baxımından mühüm əhəmiyyət daşıyan bir xəttdir. Belə bir yolun yararsız vəziyyətə düşməsi artıq təkcə narahatlıq yox, iqtisadi və təhlükəsizlik problemi kimi qiymətləndirilir. Ona görə də məsələ yalnız sürücülərin narazılığı ilə məhdudlaşmır. Bu, artıq ictimai təhlükəsizlik, iqtisadi səmərəlilik və şəhər infrastrukturunun dayanıqlılığı məsələsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Mart 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri