Pedalların yerini səhv saldı; iki piyadanı vurdu, 3 avtomobil zərər gördü VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pedalların yerini səhv salan yaşlı qadın sürücü yolda nəqliyyatın hərəkətini iflic edib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Soçi şəhərində baş verib.
Məlumata görə, "Land Rover" markalı avtomobilin 57 yaşlı qadın sürücüsü piyada keçidində əyləclə qaz pedalının yerini səhv salaraq keçiddən keçən piyadalardan iki nəfəri – qadın və kişini vurub.
Bundan sonra idarəetmədən çıxan "Land Rover" “Belgee” markalı avtomobilə dəyib. Zərbənin təsirində “Belgee”də “KİA”ya çırpılıb. Sonda "Land Rover" ağacla toqquşaraq dayanıb.
Nəticədə qəzaya səbəb olan 57 yaşlı qadın və qadın piyada xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Digər kişi piyadanın tibbi yardıma ehtiyacı olmayıb.
Qəzadan sonra Kurort prospektində əməlli başlı tıxac yaranıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 Avqust 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















