Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti avtomobillərin satın alınması məqsədi ilə “Auto Azərbaycan” MMC (VÖEN – 1500040601) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd olunur ki, Pedaqoji Universitet “Auto Azərbaycan” MMC-yə 140 min manat ödəniş edəcək. Lakin satın alacağı avtomobillərin sayı açıqlanmayıb.
Məlumat üçün bildirək ki, “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 352 min 742 dollar olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur.
“Auto Azərbaycan” MMC Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir. “NAB Holdinq” şirkətlər qrupuna “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlər daxil olub. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər.
Elnur Əli

Pedaqoji Universitet yeni tələbələrini qarşılayıb
15 Sentyabr 2025 18:41
Pedaqoji Universitet “Gələcək Təhsil Liderləri”nin seçiminə başlayıb
16 Mart 2025 20:29
Pedaqoji Universitet ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək
18 İyul 2025 14:32
Pedaqoji Universitet Anadolu Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb
07 Avqust 2025 16:25
Pedaqoji Universitet Qazaxıstanın 4 universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb
06 Mart 2025 17:57

