Icma.az
close
up
RU
Pedaqoji Universitetdə keçirilən “Zəfər Turniri yekunlaşıb AZƏRTAC

Pedaqoji Universitetdə keçirilən “Zəfər Turniri yekunlaşıb AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Zəfər Gününə həsr olunmuş “Zəfər Turniri”nin final mərhələsi keçirilib. Turnir 44 günlük Vətən müharibəsi şahidlərinin xatirəsinə ithaf olunub.

AZƏRTAC xəbər verir ki, 36 komandada 210 nəfərdən çox tələbənin iştirakı ilə başlanan turnirin final mərhələsində 8 komanda 4 mərhələdə qalibiyyət üçün mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən final mərhələsinin yekun nəticələrinə əsasən ilk 3 yerin qalibi olan komandalar diplom, medal və kubokla yanaşı, pul mükafatı ilə mükafatlandırılıb. Digər komandalara isə yarışda iştirak etdikləri üçün diplom və sertifikatlar təqdim edilib.

Turnirin mükafatlandırma mərasimində iştirak edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev qalibləri təbrik edib, gənclərin bu cür faydalı layihələrdə böyük maraq və fəallıqla iştirak etmələrinin sevindirici hal olduğunu bildirib. Gənclərin həm intellektual inkişaflarının dəstəklənməsi, həm də vətənpərvərlik ruhunun aşılanması baxımından belə layihələrin əhəmiyyətli olduğunu vurğulayan prorektor Pedaqoji Universitet tərəfindən tələbələrin bu kimi təşəbbüslərinin daim dəstəkləndiyini diqqətə çatdırıb.

Çıxış edən ADPU THİK sədri Cəmilə Qurbanova qalibləri təbrik edib və layihənin həyata keçirilməsində təşkilati dəstəyə görə Xəzər İntellektual Gənclər Birliyinin rəhbəri Azər Manaflıya təşəkkürünü çatdırıb.

Sonda turnirin təşkilində xüsusi fəallığı ilə seçilən könüllülərə sertifikatlar təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 03:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri