Pediatr: Gecə saatlarında əmizdirmə zamanı analar daha diqqətli olmalıdırlar\\
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Bu gecə Şəkidə faciəvi hadisə baş verib.
Oxu.Az xəbər verir ki, gecə saatlarında Şəki rayon sakini, üç aylıq körpə A.Abbasov qusma nəticəsində boğazında yaranan tıxanma səbəbindən yaşadığı ünvanda ölüb.
Hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılır.
Pediatr Vaqif Qarayev “Sherg.az”a bildirdi ki, bu yaşda uşaqların qidalanma texnikası mövcuddur:

“İstər butulka ilə, istərsə də ana südü ilə qidalanma zamanı əmizdirmədən sonra uşağın başı ana döşü səviyyəsində təxminən 15 dəqiqə saxlanılmalıdır. Uşaq dərhal uzadılmamalıdır ki, qəbul etdiyi qida mədəyə rahat yerləşsin və onda narahatlığı yaranmasın. Xüsusilə gecə saatlarında əmizdirmə zamanı analar daha diqqətli olmalıdırlar. Çünki ana yorğun olduğu üçün əmizdirmədən sonra uşağı dərhal uzada bilər. Bu zaman isə qusuntu kütləsi tənəffüs yollarına düşərək boğulmaya səbəb olur. Bu yaş dövründə uşaqlar daim nəzarətdə saxlanılmalıdır. Əgər uşaq butulka ilə qidalanırsa, butulkanın ucu üzərindəki dəliyin ölçüsü böyük əhəmiyyət daşıyır. Əgər dəlik çox böyükdürsə, uşaq onu rahat əmə bilmir. Yəni təzyiqlə daha çox miqdarda qida ağıza daxil olduğu üçün udmaqda çətinlik çəkə bilər. Bu yaşda uşağı olan analara qidalandırma texnikası ətraflı şəkildə izah edilməli, anaların özləri də bu sahədə maariflənməlidirlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 İyul 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















