Pediatr olan məşhur baş həkim qastroenteroloq işləyirmiş Klinikada ciddi nöqsanlar aşkarlandı
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yasamal rayonu ərazisində yerləşən "Doktor Davud" klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.
BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, klinikanın direktoru, tanınmış həkim Davud Qüdrətovun ixtisasına uyğun fəaliyyət göstərmədiyi məlum olub.
Belə ki, D.Qüdrətov ixtisasca pediatrdır, bu sahə üzrə sertifikasiyasından keçsə də, klinikaya müraciət edən xəstələrə qastroenteroloji tibbi xidmət göstərib.
Bundan başqa, yoxlama aparılarkən həkim-dermatoloqun fəaliyyətini qiymətləndirmək mümkün olmayıb. Eyni zamanda lisenziyada əksini tapan ixtisas növləri - terapevtik, qastroenteroloji, nevropatoloji, ginekoloji işlər üzrə təqdim olunan davamiyyət sənədlərinə əsasən ixtisaslı mütəxəssisin olmadığı müəyyən edilib.
Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı klinikada kliniki-biokimyəvi laboratoriyanın sahələri sanitar-epidemioloji qaydaların tələblərinə uyğunlaşdırılmadığı üzə çıxıb.
Nazirlik tərəfindən "Doktor Davud" klinikası ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, tibb müəssisəsi 6 min manat cərimələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 31 Mart 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















