Icma.az
close
up
RU
Pediatrdan uşaq bezlərilə bağlı XƏBƏRDARLIQ: İnfeksiyalar, iltihab, sonsuzluq...

Pediatrdan uşaq bezlərilə bağlı XƏBƏRDARLIQ: İnfeksiyalar, iltihab, sonsuzluq...

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Müasirləşən dünyada həyatımıza sürətlə daxil olan bir çox yeniliklər var və onlardan da biri uşaq bezləridir.

Bu bezlər olmasa, körpələri saxlamaq necə çətin olardı deyə valideynlər dəfələrlə dilə gətirirlər. Adətən keçmişdə hər bir şeyin indikindən daha yaxşı olduğunu söyləyən yaşlı nəslin nümayəndələri “Eh, bez olandan sonra uşaq saxlamağa nə var ki…”, – deyə hətta qibtə hisslərini gizlətmirlər. Hazırda demək olar ki, bütün ölkələrdə analar körpələri üçün gündəlik uşaq bezlərindən istifadə edilir. Çünki körpənin dərisini daha quru saxlayır, istifadəsi rahat və asan başa gəlir, bir sözlə, anaları bir xeyli əziyyətdən azad edir. Amma illərdir uşaq bezlərinin zərərləri ilə bağlı müzakirələr də səngimək bilmir. Hətta bu bezlərdən istifadənin uşaqlar üçün gələcəkdə ciddi problemlər yaradacağı söylənilir.

Məlumat üçün bildirək ki, uşaq bezlərinin yaranması XX əsrin ortalarına təsadüf edir. Belə ki, üç nəvəsinə baxmalı olan kimyaçı-texnoloq Viktor Milz güclü sorma təbəqə hazırlayıb uşağın alt paltarına bağlayır. Daha sonra bezlər daha da təkmilləşdirilərək, kütləvi şəkildə 1961-ci ildən istifadəçilərin ixtiyarına verilir. Hazırda bir quru bezin çəkisi 50 qramdır. Ölkəmizdə ölçüsünə görə məhsulun bir ədədi 20-70 qəpiyə təklif olunur.  

Pediatr Günay Rəsulova Ailem.az-a bildirdi ki, uşaq bezlərindən istifadə zamanı valideynlər diqqətli olmalıdırlar. Çünki bu vasitənin təlimata uyğun istifadə olunmaması və gərək olmadığı hallarda da taxılması gələcəkdə uşaqların sağlamlığına ciddi problemlər yarada bilər: “Əvvəlcə onu deyim ki, körpələrə ən gec 2 yaşına qədər bez taxmaq olar. Bundan sonra yavaş-yavaş tərgitmək lazımdır. Mütləqdir ki, uşaqlara hər zaman bir ölçü böyük bez geyindirilsin. Xüsusilə də oğlan uşaqlarında qan damarlarının sıxılması nəticəsində xayaların qanla qidalanması çətinləşir və bu, onlarda xaya hidropsuna, yəni su yığılmasına gətirib çıxara bilər. Xayalarda kiçilmələr baş verir və bunun da nəticəsi sonsuzluq ola bilər”.

Onun sözlərinə görə, mütəmadi şəkildə uşaqlara bezlərin taxılması onlarda böyrək, yaxud sidik yolları ilə bağlı problemləri izləməkdə çətinlik yaradır: “Yəni uşaq daim bezdə olduğu üçün onda olan iltihabi prosesləri görmək olmur. Həmçinin qızlarda da sidik yollarının, sidik kisəsinin iltihabi prosesini yaradan səbəblərdəndir”.

Həkim valideynlərə tövsiyə edir ki, uşaqlara bezi tərgitmək üçün isti ayları seçsinlər: “Çalışmaq lazımdır ki, körpənin dərisi daha çox hava görsün. Bezlərdən istifadə edən uşaqlarda kontakt dermatitin yaranmasına çox sıx rastlanır. Yəni uşağın dərisi qıcıq, bişməcə olur. Xüsusilə dərisi həssas uşaqlarda bu problem daha çox yaranır. Bəzən bu bezlər sintetik materialdan hazırlanır ki, bunun da fəsadları çoxdur. Valideynlər bu problemlərlə qarşılaşmamaq üçün daha keyfiyyətli məhsuldan istifadə etməlidirlər".

Görünən isə odur ki, yuxarıda sadalanan problemlərdən əsaslı çıxış yolu körpələrə mümkün olduğu qədər tez tualet vərdişinin öyrədilməsidir. Dünya Pediatrlar Assosiasiyası tərəfindən uşaqları güvəcə alışdırmaq üçün 2-3 yaş arası məsləhət görülür. Ümumiyyətlə, bu məsələ hər bir uşağın həm fiziki, həm də psixoloji olaraq hazır olması ilə bağlıdır. Mütəxəssislər bildirir ki, 12 aya qədər heç bir uşaq təbii ehtiyacını istəkli olaraq idarə edə bilmir. 12-18 aylarda isə çox azı idarə edə bilər. Bir çox uşaq 18-24 aylarda buna hazır ola, bəzilərisə 30 ayında belə, hazır olmaya bilər. Onlar bildirir ki, uşağın ayaqyolu təhsili üçün hazır olub-olmadığını müşahidə edərək anlamaq mümkündür. Əgər uşaqların altı gündüzləri 2 saatdan artıq və yatarkən quru qalırsa, üz ifadəsi, hərəkətləri və ya danışmasıyla, sidiyin gəldiyini dərhal müəyyən edirsə, çirkli bezdən narahat olub, altının dəyişdirilməsini istəyirsə, deməli, ayaqyolu təhsilinə hazırdır.

Psixoloqlar isə uşaqların tualet təhsili prosesində onlarla diqqətli davranmaq lazım olduğu qənaətindədir. Belə ki, valideynlər daha səbrli olub bu işi bir oyuna belə çevirə bilərlər. Məsələn uşaqların  ayaqyolu istəyini zamanında bildirməsini kiçik hədiyyələrlə mükafatlandırmaq olar. Yaxud onun xoşladığı formada, rəngdə olan güvəci seçməklə, paltarlarının daha asan çıxarılan olması və uşağın qəza etdiyi zaman onu danlamamaq bu təhsilə daha tez öyrənməsi üçün bir addım sayıla bilər. 

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri