Pedri “Barselona”nın xilaskarı kimi qayıdır
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın "Barselona" komandasında ciddi itki hesab olunan Pedri nəhayət ki, zədəsini tam sağaldaraq komanda ilə məşqlərə başlayıb.
İdman.Biz "AS" nəşrinə istinadən xəbər veririk ki, yanvarın 21-də Çempionlar Liqası çərçivəsində “Slaviya”ya qarşı keçirilən görüşdə (4:2) sağ ayağının arxa bud əzələsindən zədə alan 23 yaşlı futbolçunun bərpa prosesi artıq yekunlaşıb.
Hansi Flik ulduz futbolçunu dərhal riskə atmamaq qərarına gəlib. Plana əsasən, "Sehrbaz" ləqəbli yarımmüdafiəçi fevralın 22-də keçiriləcək "Levante" ilə qarşılaşmanın ikinci hissəsində təxminən 15-20 dəqiqəlik şans qazanacaq. Məqsəd onun fiziki formasını tədricən bərpa etmək və fevralın sonunda Kral Kubokunda "Atletiko" ilə keçiriləcək taleyüklü cavab oyununa tam hazır vəziyyətə gətirməkdir.
Qeyd edək ki, Pedrinin yoxluğunda "Barselona" həm La Liqada, həm də Kral Kubokunda ağır məğlubiyyətlərlə üzləşərək liderliyi əldən verib. Cari mövsümdə o, 25 oyunda iki qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, futbolçunun transfer dəyəri hazırda təxminən 80 milyon avro (160.34 milyon AZN) civarında qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 20 Fevral 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















