Icma.az
close
up
RU
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir RƏY

Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir RƏY

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Nə qədər ki, Pəhləvi imperialist qüvvələrin əli ilə hakimiyyətə gəlmək istəyəcək, o zamana qədər İran xalqı ayaqlanmayacaq" 

"Xalq molla rejimi ilə şah rejimi arasında heç bir fərq görmür. Hər iki xalqın qanını töküb, demokratiya əvəzinə xalqa zülm verib” 

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Tehrana təzyiqlərin davam etdirilməsinə, rejimin infrastrukturunu hədəf almağa və insanların küçələrə qayıtması üçün fürsət yaratmağa çağıraraq, bu işin yarımçıq qalmamalı və sona qədər davam etdirilməli olduğunu bildirib.

Bu barədə o, “Fox News”a danışıb.

Keçmiş şahzadə deyib ki, son oyun İran xalqının öz ölkələrini geri alması üçündür. Bunun üçün ona bərabər oyun meydanı lazımdır: “Bu ilin 8-9 yanvar tarixlərində 24 saatdan az müddətdə təxminən 40 000 insan qətlə yetirildi. Bu, İran xalqının azad olmalı olduğuna inanan bir ölkənin mirası ola bilməz”. 

Rza Pəhləvi əlavə edib ki, İran rejimi zəifləyib, amma dağılmaq həddinə çatmayıb:

“Sistemin hələ də aktiv olan və hədəfə alınmalı müəyyən hissələri var. Rejim dağılmaq üzrə olduqda, xalq hakimiyyəti ələ keçirməyə hazır olacaq. Bu, koordinasiyalı kampaniya olmalıdır. Biz xalq olaraq öz üzərimizə düşəni edirik, amma kənar köməyə ehtiyacımız var. Bu kömək başlayıb, amma yarı yolda dayanmamalıdır. Rejim heç vaxt danışıqlar aparmaq niyyətində olmayıb, yəqin heç vaxt da olmayacaq. Səbəb odur ki, azad dünya ilə birgəyaşayış onların DNT-sində yoxdur. Onlar orada öz ideologiyalarını yaymaq üçün mövcuddurlar”.

Şah oğlunun çağırışını şərh edən siyasi şərhçi Heydər Oğuz Sherg.az-a bildirib ki, Rza Pəhləvi faktiki olaraq ABŞ-ın təşviq etdiyi etiraz dalğasının gözlənilən nəticəni vermədiyini etiraf edib. Onun fikrincə, ABŞ-ın dəstəyinə baxmayaraq, niyə İranda rejim dəyişikliyi baş tutmadı sualının cavabını Pəhləvi özündə axtarmalıdır. 

 H. Oğuz qeyd edib ki, etirazların zəifləməsinin səbəbi təkcə hakimiyyətin sərt repressiyaları ilə izah oluna bilməz. O hesab edir ki, etirazçıların geri çəkilməsində mühüm amillərdən biri Rza Pəhləvinin hakimiyyət iddiası ilə ön plana çıxması olub: “Yanvar ayında Donald Trampın çağırışı ilə yüzminlərlə iranlı küçələrə axın etmişdi, molla rejimi isə üsyanı yatırtmaq üçün onminlərlə insanı öldürmüşdü. Hətta bəzi iddialara görə, üç yüzminə yaxın da yaralının olduğunu qeyd edilir. Bu çox dəhşətli bir rəqəmdir. Bu milyonlarla insanın Trampın çağırışına səs verib, meydanlara axın etdiyini göstərir. Lakin birdən- birə İran xalqı yerinə oturdu. Əlbəttə ki, bunun tək səbəbi molla rejiminin sərt tədbirləri, repressiyaları deyildi. İran xalqının geri çəkilməsinin ən böyük səbəbi şah oğlu Rza Pəhləvinin ortaya çıxıb, hakimiyyət iddiasını ortaya qoyması oldu. Bu hal İran xalqını böyük bir xəyal qırıqlığına uğratdı. İnsanlar başa düşdülər ki, Amerika xalqın əli ilə molla rejimini devirib Rza Pəhləvini hakimiyyətə gətirmək istəyir. İmperialist qüvvələrin bu niyyəti İran xalqı tərəfindən xoş qarşılanmadı. Xüsusilə etnik qruplar, xüsusən həlledici qüvvə olan Azərbaycan türkləri tərəfindən qəbuledilməz idi. Tarixi təcrübəyə istinad edən ekspert bildirir ki, İranda baş verən əsas siyasi dəyişikliklərdə Cənubi Azərbaycan mühüm rol oynayıb və bu faktor nəzərə alınmadan hər hansı transformasiya mümkün deyil. Bu da sayca onların sayının çox olması ilə əlaqədardır. 40 milyondan artıq bir etnik qrupun inqilab zamanı kənardan izləyici qalmasında Rza Pəhləvinin hakimiyyət iddiasının çox böyük rolu oldu. Eyni dərəcədə İrandakı kürdlər, bəlluclar və digər etnik qruplar da Pəhləvini dəstəkləyən qərb imperialistlərinə arxa çevirdilər. Sonrasında baş verən İran- Amerika müharibəsində isə neytral mövqedə dayanmağa üstünlük verdilər. İrandakı etnik qruplar orada Pəhləvi sülaləsinin hakimiyyətə qayıtmasını, şah rejiminin bərpa edilməsini istəmirlər. Pəhləvini dəstəkləyənlər bir qrup fars şovinistləridir ki, onların da sayı çox deyil. İran pəhləvi Amerikanın dəstəyi ilə hakimiyyətə gələ biləcəyini düşünürsə çox yanılır”.

Siyasi şərhçinin sözlərinə görə, Rza Pəhləvinin xarici dəstəyə arxalanaraq hakimiyyətə gəlmək istəyi İran cəmiyyətində inamsızlıq yaradır və etirazların genişlənməsinə mane olur:

“Əgər o, həqiqətən də İranda dəyişikliklərin baş verməsini istəyirsə, hakimiyyət iddialarından geri çəkilməlidir. Yalnız bu halda daxili dinamika güclənə və cəmiyyət daha fəal mövqe sərgiləyə bilər. Nə qədər ki, Pəhləvi imperialist qüvvələrin əli ilə hakimiyyətə gəlmək istəyəcək, o zamana qədər İran xalqı ayaqlanmayacaq. Xalq molla rejimi ilə şah rejimi arasında heç bir fərq görmür. Hər iki xalqın qanını töküb, demokratiya əvəzinə xalqa zülm verib”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri