Icma.az
close
up
RU
Pəhrizlə keçəyini düşünüb, həkim belə şok oldu: “Gördüyüm ən böyüyü idi”

Pəhrizlə keçəyini düşünüb, həkim belə şok oldu: “Gördüyüm ən böyüyü idi”

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

İstanbulda yaşayan 24 yaşlı gənc qadın, qarın şişkinliyi və qaz sancısı şikayəti ilə həkimə müraciət edib. Amma bundan sonra baş verənlər hamını heyrətə salıb.

Yenisabah.az xəbər verir ki, ilk müraciət etdiyi tibb mərkəzində qadının problemi həzm sistemi pozğunluğu kimi qiymətləndirilib və ona pəhriz proqramı təklif olunub. Lakin aylar keçdikcə qadının ağrıları artıb. Nəhayət başqa bir xəstəxanada aparılan ətraflı müayinələr nəticəsində onun qarın boşluğunda 45 santimetr ölçüdə, 5 kiloqram ağırlığında nəhəng kist aşkar edilib.

Kist uğurlu əməliyyatla çıxarılıb və  xəstənin ana olma qabiliyyəti qorunub. Dominos pizza

Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının qadın xəstəlikləri və doğum üzrə mütəxəssisi, Dr. Serhat Şen, xəstəliyin gec aşkarlanmasının geniş yayılmış problem olduğunu bildirib:

“Pasiyent bizə gələndə qarnı ciddi şəkildə şişmiş, çəkisi isə xeyli azalmışdı. Daha əvvəl bağırsaq problemi kimi qiymətləndirilib və sadəcə diyet məsləhət görülüb. Amma kütlə əslində yumurtalıqdan qaynaqlanırdı. Qadın orqanlarına bağlı kistlər çox zaman həzm pozğunluqları ilə səhv salınır”.

Dr. Şen əlavə edib ki, bu hadisə onun tibbi fəaliyyətində rastlaşdığı ən böyük kütlə olub:

“Qarın boşluğu geniş olduğu üçün belə kistlərin erkən fərqinə varmaq çətin olur. Xəstə vəziyyəti diyetlə idarə etməyə çalışıb, amma kist böyüdükcə ağrılar da artıb”.

Mütəxəssis əməliyyatla bağlı danışarkən bildirib:

“Kütlə böyüdükcə bağırsaqlara təzyiq edir, lakin qarında boşluq olduğu üçün özünə yer tapa bilir. Əlamətlər adətən kist 10–15 santimetrə çatanda başlayır. Gec aşkarlanmasının əsas səbəbi — hərəkətsiz həyat tərzi və müntəzəm tibbi yoxlanışların olmamasıdır. İllik müayinələr, xüsusilə menstruasiyadan sonra ultrasəs vasitəsilə aparılmalıdır. Bu hadisə nadir olsa da, diqqətçəkici nümunədir”.

Əsmətxanım


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri