Pekin Avropa İttifaqına nota verdi SƏBƏB
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çin hökuməti Tayvanın müstəqilliyini dəstəkləyən şəxslərin Avropa Parlamentinə səfəri və orada keçirilən tədbirə görə Avropa İttifaqına (Aİ) etirazını bildirib və rəsmi nota təqdim edib.
Milli.Az xəbər verir ki, bu barədə məlumat Çin Xalq Respublikasının Aİ-dəki nümayəndəliyinin rəsmi saytında yayımlanıb.
Bəyanatda qeyd edilir ki, "Çin üzrə Parlamentlərarası Alyans" (Inter-Parliamentary Alliance on China) Avropa Parlamentinin binasında illik toplantı təşkil edib. Çin tərəfinin qəti narazılığına baxmayaraq, Avropa Parlamenti Tayvan rəhbərliyinin müavini Syao Meyçin və müstəqillik tərəfdarı hərəkatın digər üzvlərinə binanı ziyarət etməyə, tədbirdə iştirak etməyə və Çin əleyhinə mövqelərini səsləndirməyə icazə verib.
Çin bu hadisəni "separatçılığa şərait yaradan addım" kimi qiymətləndirib, kəskin etirazını bildirib və Avropa tərəfinə diplomatik nota göndərdiyini vurğulayıb.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 08 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















