Icma.az
close
up
RU
Pekin Maduronun həbsinə qəzəblənib: Çin Venesuela strateji tərəfdaşlığı risk altında...

Pekin Maduronun həbsinə qəzəblənib: Çin Venesuela strateji tərəfdaşlığı risk altında...

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

"Veneseuala Prezidenti Nikolas Maduronun oğurlanaraq ABŞ-a aparılması Çinin kəskin reaksiyasına səbəb olub. Pekini həm də o narahat edir ki, Maduro oğurlanmadan bir gün əvvəl paytaxt Karakasda Çindən gələn nümayəndə heyətini qəbul etmişdi. Deməli, Vaşinqton Maduronun oğurlanmasını planlayarkən, Çinlə Venesuela arasındakı sıx əlaqələri nəzərə almayıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Çin üçün Venesuela Latın Amerika qitəsində möhkəmlənmək üçün vasitə idi: "Ona görə də Maduronun oğurlanaraq ABŞ-a aparılması Çinin maraqlarına da ciddi zərbədir. Nikolas Maduro 2023-cü ildə Pekində Çin lideri Si Cinpinlə görüşündə ikitərəfli münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini bəyan etmişdi. İki liderin 2025-ci ilin may ayında Moskvada keçirilən son görüşü zamanı Si Cinpin Maduroya bildirmişdi ki, Çin Venesuela ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır. O, bunu da söyləmişdi ki, Pekin Venesuelanın dövlət suverenliyini və sosial sabitliyinin qorunmasını qətiyyətlə dəstəkləyəcək".

E.Şahinoğlu hesab edir ki, ABŞ Venesuela üzərində nəzarəti əldə etdikdən sonra bu ölkənin Kuba, Rusiya, İran və Çinlə münasibətlərini zəiflətməyə çalışacaq: " Bunu həmin ölkələr də anlayırlar. Çinin Venesueladakı milyardlarla dollar yatırımlarının gələcəyi sual altındadır. ABŞ Venesuelada müxtəlif layihələr həyata keçirən Çin şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər qoya bilər. Misal üçün Çinin neft şirkətlərindən biri 2024-cü ildə 1 milyard dollar yatırımla Venesuela hökuməti ilə 20 illik müqavilə imzalamışdı.

Pekinin ABŞ vasitəsilə Venesuela neftini alıb-almayacağı və ya Venesuela arasındakı mövcud razılaşmaların davam edib-etməyəcəyi hələlik məlum deyil. Çin Venesuelanın ən böyük kreditoru və ən böyük neft alıcısıdır, bu xam neft ixracının 80 faizindən çoxunu təşkil edir. Çin bundan başqa Si Cinpinin həyata keçirdiyi "Bir Kəmər, Bir Yol" Təşəbbüsü çərçivəsində Venesuelada mədənçilik və infrastruktur sahələrində əsas investorudur. İki ölkə arasında 2024-cü ildə ikitərəfli ticarətin həcmi 6,4 milyard ABŞ dollarına çatmışdı ki, bu ondan əvvəlki illər müqayisədə 52,5 faiz artım demək idi. Venesuelanın Çinə təxminən 12 milyard dollar borcu olduğu təxmin edilir. Əlbəttə, bu Çin üçün böyük vəsait deyil, ancaq bu Pekinin iqtisadi fəaliyyətinin daralması deməkdir.

Pekin ABŞ-dan Maduro və onun həyat yoldaşının sərbəst buraxılmasını tələb edib. Aydındır ki, bunun reallaşması mümkün deyil. Bunu Pekin də anlayır. Buna baxmayaraq, Pekin çalışacaq ki, Venesuelada formalaşacaq yeni hakimiyyət Vaşinqtonun təzyiqləri qarşısında Çinlə iqtisadi əlaqələrdən imtina etməsin. Bunun alınıb-alınmayacağını gələcək aylar göstərəcək".

Tehran,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sitat.info
archiveBu xəbər 06 Yanvar 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri