Pekin Vaşinqtona qarşı sərt kibercinayətkarlıq ittihamı irəli sürüb
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin ABŞ-ı müdafiə sənayesinə kiberhücumlar etmək üçün “Microsoft Exchange” sistemlərindəki zəifliklərdən istifadə etməkdə ittiham edib.
Banco.az xəbər verir ki, Çin, ABŞ-ı “Microsoft Exchange” sistemlərindəki boşluqlardan istifadə edərək ölkənin müdafiə sənayesinə qarşı kiber hücumlar təşkil etməkdə ittiham edib.
Çin Kiber Təhlükəsizlik Assosiasiyası tərəfindən verilən açıqlamada bildirilib ki, ABŞ mənşəli qurumlar “Microsoft Exchange” sistemlərindəki təhlükəsizlik boşluqlarından istifadə edərək Çin müdafiə sənayesinə qarşı iki böyük kiber casusluq əməliyyatının arxasında dayanıb.
Açıqlamada hücum edilən şirkətlərin adları açıqlanmasa da, həyata keçirilən əməliyyatların Çin müdafiə sənayesini birbaşa hədəf aldığı və bu sahədə fəaliyyət göstərən mühüm bir şirkətin serverlərinin təxminən bir il müddətində ABŞ nəzarətində qaldığı qeyd olunub.
Pekində yayımlanan açıqlamada bu hücumların arxasında duran qurumların ABŞ hökumətinə bağlı olduğuna dair “güclü texniki sübutların” mövcud olduğu da vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 03 Avqust 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















