Icma.az
close
up
RU
Pekin Vaşinqtonu razılaşmanı pozmaqda ittiham etdi

Pekin Vaşinqtonu razılaşmanı pozmaqda ittiham etdi

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çin Xalq Respublikasının hakimiyyət orqanları ABŞ-nin addımlarının, o cümlədən çiplərin ixracına nəzarət üzrə yeni qaydalar və tələbə vizalarının ləğvi ilə bağlı hədələrin Vaşinqton və Pekin arasında əldə olunmuş razılaşmaları pozduğu və Çinin maraqlarına xələl gətirdiyi qənaətindədir.

Oxu.Az-ın "Associated Press" agentliyinə istinadən xəbərinə görə, bu barədə Çin Ticarət Nazirliyinin bəyanatında bildirilib.

"ABŞ birtərəfli qaydada yeni iqtisadi və ticarət mübahisələrinə səbəb olub və bununla da ikitərəfli iqtisadi və ticarət əlaqələrinin qeyri-müəyyənliyini və qeyri-sabitliyini dərinləşdirib", - deyə nazirlikdən qeyd edilib.

"Bu hərəkətlər keçən ay Cenevrədə keçirilən görüşdə əldə olunmuş konsensusa ciddi şəkildə ziddir", - deyə sənəddə bildirilib.

Ticarət Nazirliyi bəyan edib ki, Çin müqavilənin üzərinə düşən hissəsini yerinə yetirib, ABŞ isə müqavilələri pozub. Bəyanatda vurğulanır ki, öhdəliklərin yerinə yetirilməməsi halında Çin hakimiyyəti "qətiyyətli tədbirlər" görə bilər.

Xatırladaq ki, mayın 12-də Cenevrədə Pekin və Vaşinqton nümayəndə heyətləri arasında iqtisadi və ticarət danışıqları keçirilib. Nəticələr həm Çin Dövlət Şurası, həm də Ağ Ev tərəfindən yüksək qiymətləndirilib.

"Associated Press"in məlumatına görə, görüşdən sonra ABŞ Donald Trampın may ayında tətbiq etdiyi 145%-lik rüsumları 30%-ə endirməyə razılaşıb. Buna cavab olaraq Çin tərəfi ABŞ mallarına tətbiq edilən rüsumları 125%-dən 10%-ə endirəcəyini vəd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyun 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri