Pekin və Bakı Azərbaycanın ÜTTyə daxil olması ilə bağlı danışıqların ilk raundunu keçirib
Icma.az, Report.az saytına istinadən bildirir.
Pekin və Bakı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı ikitərəfli danışıqların ilk raundunu keçirib.
Bu barədə “Report” Çinin Ticarət Nazirliyinə istinadən xəbər verir.
Bakıda yanvarın 13-14-də keçirilən iki günlük danışıqlar zamanı tərəflər mal və xidmətlərin ticarəti məsələləri üzrə ətraflı müzakirələr aparıb, eyni zamanda bir sıra razılaşmalar əldə ediblər.
Bundan əlavə, onlar danışıqlar prosesini sürətləndirmək və Azərbaycanın ÜTT-yə tezliklə daxil olmasını dəstəkləmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Azərbaycan 1997-ci ildə ÜTT-yə üzvlük üçün müraciət edib. ÜTT-yə daxil olma prosesi adətən bir neçə il çəkir və çoxsaylı danışıqlar raundlarının keçirilməsini tələb edir.
Baxış sayı:85
Bu xəbər 15 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















