Icma.az
close
up
RU
Pekindən Gəncəyə media əməkdaşlığı: Sinxua nümayəndələri ADAU da

Pekindən Gəncəyə media əməkdaşlığı: Sinxua nümayəndələri ADAU da

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə, 23 mart, AZƏRTAC

Çinin nüfuzlu Sinxua Xəbər Agentliyinin əməkdaşları Zhong Zhong və Chen Junfeng Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) onlayn televiziya platforması ADAU TV-nin studiyasında olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş çərçivəsində qonaqlar ADAU TV-nin fəaliyyət istiqamətləri, texniki imkanları və həyata keçirilən media layihələri ilə yaxından tanış olublar. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov qonaqlara son dövrlərdə görülən işlər, tələbələrin media sahəsində inkişafına yönəlmiş təşəbbüslər, həmçinin universitetin informasiya siyasəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, ADAU TV tələbələrin praktik bilik və bacarıqlarının artırılmasına xidmət edən müasir platforma olmaqla yanaşı, universitetin elmi, tədris və ictimai fəaliyyətinin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Eyni zamanda, burada hazırlanan proqramlar gənclərin jurnalistika və kommunikasiya sahəsində peşəkar inkişafına real töhfə verir.

Sinxua nümayəndələri ADAU-da media sahəsində yaradılan imkanları yüksək qiymətləndirərək, xüsusilə tələbə yönümlü təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Onlar belə platformaların beynəlxalq informasiya mühitinə inteqrasiya baxımından vacib rol oynadığını qeyd ediblər.

Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və birgə media layihələrinin həyata keçirilməsi perspektivləri də müzakirə olunub. Bildirilib ki, bu cür qarşılıqlı səfərlər universitetlər və beynəlxalq media qurumları arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.

Qeyd edək ki, Sinxua Xəbər Agentliyi dünyanın ən nüfuzlu və ən böyük dövlət xəbər agentliklərindən biri hesab olunur. Agentlik 1931-ci ildə yaradılıb və baş qərargahı Pekin şəhərində yerləşir. Sinxuanın dünyanın 170-dən çox ölkəsində büroları fəaliyyət göstərir və xəbərlərini bir neçə dildə yayımlayır. Agentlik qlobal informasiya məkanında operativliyi, geniş şəbəkəsi və rəsmi məlumat mənbəyi kimi etibarlılığı ilə seçilir.

Müxbir - Elcan Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Mart 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri