Icma.az
close
up
RU
Pekindən son xəbərdarlıq: Vaşington üzərində damokl qılıncı asılıb Quança (Çin)

Pekindən son xəbərdarlıq: Vaşington üzərində damokl qılıncı asılıb Quança (Çin)

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"ABŞ-ın idxal rüsumları Çinin iqtisadi gücünün artmasının qarşısının alınmasına yönəlib..."

Bayden administrasiyası Trampın Çin mallarının idxalına tariflərin artırılması planını kəskin tənqid edib, sonra isə Pekinə qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib.

Moderator.az xəbər verir ki, bu barədə Çinin "Quança" nəşri yazıb.

Müəllifin fikrincə, ticarət savaşı Amerika şirkətləri üzərində asılan "damokl qılıncı"na çevrilib.

Son dörd ildə özünün "iqtisadi nailiyyətləri ilə" öyünməsi üçün Co Bayden imkanlarından istifadə edərək Donald Trampın mallara tariflərin artırılmasını "böyük yanlışlıq" adlandırıb. Lakin sonradan onun administrasiyası Çindən idxal edilən əsas mallara yeni sanksiyalar tətbiq edib.

Qonkonqun "South China" qəzeti məlumat verib ki, Birləşmiş Ştatlar tərəfindən tətbiq edilən son idxal rüsumları "Çinin iqtisadi gücünün artmasının qarşısının alınmasına" yönəlib və 2025-cu il yanvarın birindən qüvvəyə minəcək.

Birləşmiş Ştatlar bir müddət ərzində Çinin ünvanına əsassız ittihamlar irəli sürüb.  ABŞ maliyyə naziri Canet Yellen bəyan edib ki, dünyanın iki nəhəng iqtisadiyyatları arasında "rabitə kanallarını açıq saxlamaq son dərəcə vacibdir". Əgər ABŞ-ın növbəti hökuməti Çin istehsalı olan mallara daha yüksək rüsumlar tətbiq edərsə, Pekinin hücuma keçəcəyi gözlənilir. 

Çin mallarına əlavə rüsumlar tətbiq etmək siyasəti ilk olaraq Tramp tərəfindən gerçəkləşməsinə rəğmən, bu ilin may ayında Bayden administrasiyası Çin idxalına yüksək rüsumlar tətbiq edib. Bayden və ya Trampın siyasətindən aslılı olmayaraq, Çinə təzyiq heç vaxt dayanmayıb.

Çin Ticarət Nazirliyi ikili təyinatlı müvafiq mallara ixrac nəzarətinin gücləndirilməsi ilə bağlı bəyanatla çıxış edib. Elə həmin gün Çinin dörd əsas sahə assosiasiyaları həmçinin kollektiv bəyanat verərək ölkə şirkətlərinə artıq təhlükəsiz və etibarlı olmayan Amerika çiplərinin alışında ehtiyatlı olmağı məsləhət görüb. 

Birləşmiş Ştatların qəbul etdiyi ticarət proteksiyası tədbirlərinə gəldikdə, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bundan öncə iqtisadi və ticarət məsələlərinin siyasiləşdirildiyini qeyd edib. İnvestorlar böyük itkilərə məruz qalacaq, Amerika istehlakçıları isə böyük bədəl ödəyəcək.

Çin ABŞ-a Beynəlxalq Ticarət Təşkilatının qaydalarına əməl etməyə və əlavə rüsumların ləğv edilməsinə çağırış edib. Pekin öz hüquqları və maraqlarının müdafiəsi üçün bütün zəruri tədbirləri görəcək.

Çin və ABŞ-ın maraqları bir-birinə dərindən bağlıdır. Ticarət savaşı Amerika şirkətləri üzərində "damokl qılıncı"na çevrilib. Tariflərdən silah kimi istifadə edilməsi heç də bütün problemləri həll edə bilməz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2024 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri