Pelenin forması rekord qiymətə satıldı
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əfsanəvi braziliyalı hücumçu Pelenin 1958-ci il futbol üzrə dünya çempionatının finalında dubl etdiyi görüşdə geyindiyi forma hərracda 4,9 milyon dollara satılıb.
Modern.az xəbər verir ki, Sotheby's hərrac evinin məlumatına görə, bu forma "Futbol Kralı" ləqəbli Pelenin adı ilə bağlı indiyədək satılan ən bahalı idman xatirə əşyası olub.
Söhbət 17 yaşlı Pelenin İsveçdə keçirilən mundialın finalında geyindiyi mavi rəngli, 10 nömrəli formadan gedir. Həmin oyunda Braziliya ev sahibi İsveçi 5:2 hesabı ilə məğlub edərək tarixində ilk dünya çempionluğunu qazanmışdı. Pele isə iki qol vuraraq komandasının qələbəsində əsas pay sahiblərindən olmuşdu.
Hərrac zamanı forma uğrunda 5 alıcı mübarizə aparıb və ümumilikdə 10 təklif verilib.
Bu satış Pelenin formasını futbol tarixində hərracda satılan ikinci ən bahalı futbol forması edib.
Rekord isə 1986-cı il dünya çempionatında İngiltərəyə qarşı oyunda Dieqo Maradonanın geyindiyi və məşhur "Tanrının əli" qolu ilə yadda qalan formaya məxsusdur. Həmin forma 2022-ci ildə 9,3 milyon dollara satılıb.
2022-ci ildə 82 yaşında vəfat edən Pele 1958-ci il dünya çempionatının finalında iki qol vurmaqla yanaşı, bu günə qədər dünya çempionatları finallarında qol vuran ən gənc futbolçu rekordunu da əlində saxlayır.
Sotheby's bildirir ki, eyni forma daha əvvəl də hərraca çıxarılmışdı. O, 2004-cü ildə 70 505 funt sterlinqə (o dövrün məzənnəsi ilə təxminən 105,6 min dollar) satılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 21 İyul 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















