Icma.az
close
up
RU
Pənah Hüseyn Rəsul Quliyevdən rüşvət alıb? (AÇIQLAMA)

Pənah Hüseyn Rəsul Quliyevdən rüşvət alıb? (AÇIQLAMA)

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Azərbaycan siyasi arenasında Pənah Hüseynin özünəməxsus yeri var. O, 1992-ci ilin mayından 1993-cü ilin aprel ayına kimi dövlət katibi, 1993-cü ilin aprel-iyun aylarında Baş nazir vəzifəsində çalışıb. 2005-2010-cu illərdə III çağırış Milli Məclisin deputatı olub.

Pənah Hüseyn 1999-cu ildə təsis edilmiş Azərbaycan Xalq Partiyasının (AXP) sədridir. Bu il iyun ayının 16-da partiya sədrinin səlahiyyətlərinin icrasını müavini Qiyas Sadıqova həvalə edib. 

Pənah Hüseyn hazırda partiyanın həyatında hansı rolu oynayır? Bu qərarı ilə bağlı siyasətçilərdən ona münasibət bildirən olubmu? Rəsul Quliyevi rüşvət müqabilində vəzifəyə təyin etdiyi ilə bağlı iddialara cavabı nədir?

Hurriyyet.az xəbər verir ki, Modern.az saytı bu suallarla sabiq Baş nazir Pənah Hüseynlə həmsöhbət olub.

Əvvəlcə AXP-nin fəaliyyətinə toxunan siyasətçi partiyanın bu ilin sonunda və ya gələn ilin əvvəlində qurultay keçirməyi planlaşdırdığını bildirib:

"Mən hələ də rəsmi olaraq "Siyasi partiyalar haqqında” qanuna və partiyaların fəaliyyətini tənzimləyən digər qanunvericilik aktlarına görə AXP-də sədrəm. Müvafiq qanunlara görə yeni sədr ancaq qurultayda seçilir. Partiyanın səlahiyyətli nümayəndəsi hüquqi fakt kimi Ədliyyə Nazirliyində qeydə alınır. O baxımdan mən səlahiyyətli şəxs kimi qalıram. Nizamnamənin müvafiq maddəsinə əsasən, sədrin səlahiyyətlərini müavin icra edir. Bizdə nizamnaməyə görə bir müavin var. Hazırda partiya sədrinin səlahiyyətlərini Qiyas Sadıqov icra edir.Mən hələ də rəsmi olaraq "Siyasi partiyalar haqqında” qanuna və partiyaların fəaliyyətini tənzimləyən digər qanunvericilik aktlarına görə AXP-də sədrəm. Müvafiq qanunlara görə yeni sədr ancaq qurultayda seçilir. Partiyanın səlahiyyətli nümayəndəsi hüquqi fakt kimi Ədliyyə Nazirliyində qeydə alınır. O baxımdan mən səlahiyyətli şəxs kimi qalıram. Nizamnamənin müvafiq maddəsinə əsasən, sədrin səlahiyyətlərini müavin icra edir. Bizdə nizamnaməyə görə bir müavin var. Hazırda partiya sədrinin səlahiyyətlərini Qiyas Sadıqov icra edir.

Partiya özünün növbədənkənar qurultayını keçirməyə hazırlaşır. Növbədənkənar qurultayın keçirilməsi bu ilin sonuna və ya gələn ilin əvvəlinə nəzərdə tutulur. Yeni sədrin seçilməsi qurultayın gündəliyində olacaq”.

P.Hüseyn deyib ki, sədr səlahiyyətlərini müavininə verdikdən sonra bəzi siyasətçilər ona zəng edib bunun səbəbilə maraqlanıblar:

"Mən siyasətdən hələ getməmişəm. Keçmiş dövlət katibi, eks-Baş nazir, Milli Məclisin sabiq üzvü Pənah Hüseyn olaraq qalıram və fəal siyasi fəaliyyətdəyəm, partiyanın rəhbərliyinə daxil olan, İdarə Heyətinin üzvü kimi aktiv fəaliyyəti davam etdirirəm”.

Sabiq Baş nazir vaxtilə müavini olmuş Rəsul Quliyevin sosial şəbəkədəki çıxışlarını bəzi hallarda izlədiyini söyləyib:

"Mütəmadi və sistemli şəkildə Rəsul Quliyevin çıxışlarını izləyirəm demək doğru olmaz. Amma əlbəttə, onu da dinləyirəm. Məni maraqlandıran mövzularda digər siyasətçilərə, politoloqlara da baxıram”.

Rəsul Quliyevdən vaxtilə onu Baş nazirin müavini vəzifəsinə təyin etmək üçün pul aldığı ilə bağlı iddialara isə Pənah Hüseyn belə cavab verib:

"Bu, çox qeyri-ciddi bir iddiadır. Mən birinci dəfədir, bunu sizdən eşidirəm. Siz bu sualı verənədək heç kəsdən, hətta əleyhimizə olan ən sərt adamlardan bu iddianı səsləndirə rast gəlməmişəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri