Pənah Hüseyn yenidən AXP sədri olacaq?
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Azərbaycan Xalq Partiyası (AXP) qurultaya hazırlaşır.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Xalq Partiyası (AXP) sədrinin səlahiyyətlərini icra edən Qiyas Sadıqov məlumat verib. Qiyas Sadıqov qurultayın noyabr ayında baş tutacağını bildirib:
"Partiya ilə bağlı bir qisim səlahiyyətlər məndədir. Pənah bəy partiyaya gəlib-gedir. Noyabr ayının sonunda qurultay olacaq”.
Pənah Hüseyn qurultayda namizədliyini irəli sürəcəkmi sualına Qiyas Sadıqovun cavabı belə oldu:
"Dəqiq söyləyə bilmirəm, amma elə görsənir. Növbəti sədr partiya üzvü olmalıdır. Partiya üzvü olmayan biri sədr seçilə bilməz”.
Qeyd edək ki, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bir müdət öncə sədrlikdən istefa verib. Eks sədr səlahiyyətlərinin icrasını Qiyas Sadıqova həvalə etdiyini bəyan edib.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 22 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















