Icma.az
close
up
RU
Pənah Hüseynin övladları Onlar KİMDİRLƏR...

Pənah Hüseynin övladları Onlar KİMDİRLƏR...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Onlar siyasət meydanında deyil, amma bir çox hallarda diqqət mərkəzində olurlar. Ataları və ya anaları ölkənin taleyüklü məsələlərində önə çıxanda, onların özü də cəmiyyətin maraq dairəsinə düşürlər. Söhbət siyasətçi övladlarından gedir: onlar kimdir, nə işlə məşğuldurlar, valideynlərinin nüfuzu onların həyat yoluna necə təsir edib?
Azərbaycan siyasi arenasında Pənah Hüseyn adı ciddi yer tutur. O, 1992-ci ilin mayından 1993-cü ilin aprel ayına kimi dövlət katibi, 1993-cü ilin aprel-iyun aylarında Baş nazir vəzifəsində çalşıb. 2005-2010-cu illərdə III çağırış Milli Məclisin deputatı olub.

Pənah Hüseyn 1999-cu ildə təsis edilmiş Azərbaycan Xalq Partiyasının sədridir. Bu il iyun ayının 16-da partiya sədrinin səlahiyyətlərinin icrasını müavini Qiyas Sadıqova həvalə edib. 

Partiya sədrlərinin siyasi fəaliyyətləri, çıxışları, açıqlamaları həmişə diqqət çəkir. Azərbaycan ictimai rəyində belə bir təsəvvür formalaşıb ki, partiya liderləri bir çox məsələlərdə nümunə olmalıdır, eləcə də övlad yetişdirməkdə.

Modern.az saytı “Siyasətçi övladları” rubrikasında Pənah Hüseynin uşaqlarından bəhs edir.

Pənah Hüseynin 1-i oğlan, 2-si qız olmaqla üç övladı var. Oğlu Vaqif 1980-ci ildə anadan olub. Qızları Günay və Aybəniz müvafiq olaraq 1982 və 1984-cü il təvəllüdlüdürlər. 

Pənah Hüseynin hər üç övladı Bakı Dövlət Universitetində ali təhsil alıb. Daha sonra xaricdə magistr dərəcəsinə yiyələniblər. Övladlarından ikisi ailə həyatı qurub.

"Mənim, sözün doğrusu, Allaha minnətdarlığım da, fəxrim də övladlarımdır. Oğlum Vaqif Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsini, sonra Elmlər Akademiyasının aspiranturasını, ardınca da İstanbul Universitetinin aspiranturasını bitirib. Orada Avropa Birliyi hüququ üzrə elmi iş müdafiə edib və fəlsəfə doktoru adını alıb. 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə yollanıb. Ali Baş Komandan İlham Əliyev tərəfindən “Füzulinin azad edilməsinə görə”, "Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub", - deyə siyasətçi bildirib.

Pənah Hüseynin böyük qızı Günay atasının yolunu gedərək Bakı Dövlət Universitetinin Tarix fakultəsini, daha sonra AMEA Tarix İnstitununun aspiranturasını bitirib, tarix üzrə fəlsəfə doktorudur.

Kiçik qızı Aybəniz Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. Sonra Lefkoşo Ağdəniz Universitetində (Şimali Kipr-red.) magistr və doktoralıq təhsili alıb. Bir müddət orada professor assistenti kimi çalışıb, beynəlxalq münasibətlər nəzəriyəsindən ingilis dilində dərs deyib. 

Pənah Hüseynin övladları indi hansı işlərdə çalışırlar?

AXP lideri bildirib ki, oğlu Vaqif Hüseyn bir neçə universitetdə dərs deyir, eyni zamanda “Yeni Müsavat” Media Qrupunun hüquqşünasıdır. Qızı Günay isə Bakı Avrasiya Universitetinin müəllimidir. İctimai-siyasi sahədə hər üçünün, xüsusilə də Vaqif və Günayın fəaliyyətləri var. Kiçik qızı Aybəniz də bir sıra beynəlxalq layihələrdə çalışıb. O, hazırda elmi işinin müdafiəsi ilə məşğuldur.
“Hər üçü öz təhsil istiqamətlərini özləri müəyən ediblər, nəyə nail olublarsa, özlərinin zəhməti sayəsinə çatıblar, mənim bu məsələlərdə rolum minimum olub”,- deyə partiya sədri əlavə edib.

P.Hüseyn övladları ilə bağlı arzusunu bizimlə bölüşüb:
“Mən Bayıl həbsxanasında olanda evə məktublar yazmışdım. Onlardan bir qismini övladlarıma ünvanlamışam. Həyat yoldaşım vəfat etdikdən sonra onun xatirəsinə kitab çap etdirdik, ora həmin məktublar da salınıb. Birində yazmışdım ki, “əsas olan nə təhsil, nə vəzifə, nə də sərvətdir. Əsas olan xoşbəxtlikdir. Və mən xoşbəxtəm. Ananız kimi həyat yoldaşım, sizin kimi övladlarım var. Sizə də arzu edirəm ki, mənim olduğu kimi həyat yoldaşlarınız, elə sizin kimi də övladlarınız olsun”.

İndi Günayın Kənanla xoşbəxt ailəsi, Səlcuq və Alper kimi oğulları var. Vaqif də Aynurla xoşbəxt oldu. İsmayıl və Altay adlı iki övlad atasıdır. Yəni insanın xoşbəxtliyin düsturu gözəl ailəyə, övladlara, dostlara malik olmaqdır. Aybəniz də xoşbəxt olacaq inşallah". 


Siyasətçinin bu yaxınlarda yeni nəvəsi dünyaya gəlib:

"Yuxarıda dediklərimdən məlum oldu. 4 nəvəm vardı, 4-ü də oğlan. 4 əsgər. Düz 50 gün əvvəl oğlum Vaqiflə gəlinim Aynurun qızları - dünyanın gözəli Aysu dünyaya gəldi, oldular 5. O, nənəsi bizi tərk edəndən sonra boşalmış dünyamı öz işığı ilə xeyli doldurdu. Tanrıya şükürlər olsun! Və hamıya, hər kəsə, bütün baba-nənələrə, bütün ata-analara, bütün oğul və qızlara özümə, öz ovladlarıma etdiyim arzuları edirəm. Çin olsun!"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:576
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Sentyabr 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri