Icma.az
close
up
RU
Pənahəli xanın varisi Qaynarinfo ya yazdı

Pənahəli xanın varisi Qaynarinfo ya yazdı

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Kişinin Sözü – Səməd Bəyin Əmanəti”

Mən bir soyun, bir yaddaşın, bir sözün davamçısıyam. Mənim köküm Qarabağ torpağına, Şuşanın dağlarına, Ağdamın çinar kölgələrinə, Xan nəslinin kölgəsində kök atmış bir nəslə bağlıdır. Bu soyun adı Səməd bəylə yazılır.

Səməd bəy – Pənahəli xanın oğlu İbrahim Xəlil xanın kötücəsi idi. Qarabağ camaatının tanıyıb, sevdiyi, ehtiramla "bəy” deyə səsləndiyi bir insan. Ağdamda, kəndlərdə, dağların qoynunda yaşayan hər kəs onu tanıyır, adını eşidəndə üzündə bir sayğı, bir təbəssüm peyda olurdu. O, yalnız soy-nəcabəti ilə deyil, həm də insanlara kömək əli uzatması, xeyirxahlığı, düz danışığı ilə yadda qalmışdı.

Pay torpaqları, mülkləri, var-dövləti vardı – bəli, amma onun böyüklüyü torpaqla ölçülməzdi. O öz xarakteri ilə böyük idi. Elə bu böyüklüyə görə də Rus imperiyası onun qarşısında aciz qalmışdı. Sıxışdırmışdılar, təzyiq etmişdilər, əlində olan hər şeyi əlindən almaq istəmişdilər. Sürgün təhdidləriylə üz-üzə qalmışdı. Amma o qaçmadı. O demişdi: "Kişi ölsə də, öz torpağında ölər".

Onun bu sözləri təkcə bir inadcıl bəyanat deyildi – bu, onun həyat fəlsəfəsi idi. Torpaq sevgisi, vətən sevgisi, xalqına olan bağlılığı o qədər dərindi ki, çətinliklər qarşısında sınmadı. Çünki Səməd bəy bir söz adamı idi. Deyərdilər: "Kişinin sözü onun möhürüdür". Onun möhürü isə əbədiyyətə həkk olunmuşdu.

Oğlu Əhəd bəy – mənim babam – həmin ruhla böyümüşdü. Tərbiyəsini atasından almışdı, Qarabağda böyük vəzifələrdə çalışmış, xalqın içində xalq adamı olmuşdu. Mən də bu nəslin, bu mirasın bir daşıyıcısıyam.

Səməd bəy haqqında el arasında hələ də nağıllar danışılır. Düşmənçiliyi barışa çevirən, sözlə işi həll edən, məsləhəti ilə yol göstərən, haqqı deməkdən çəkinməyən bir adam idi. Onu tanıyanlar deyirdi: "O, əsl Qarabağ bəylərinin ruhunu daşıyırdı. Zəhmli idi, amma ədalətliydi. Sözü ilə düz gedərdi”.

Mən onun adını daşımasam da, onun yolunu daşıyıram. Hər addımımda, hər qərarımda onun sözləri qulağımda səslənir. Mən o nəsildənəm – sözü möhrü olan, torpağını tərk etməyən, insanı insan bilən bir soyun davamçısıyam.

Səməd bəy mənim üçün tarix deyil – o mənim həyatımın kompasıdır.

Tural İbrahimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 May 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri