Icma.az
close
up
RU
“Penalti barədə danışmaq istəmirəm” “İmişli”nin baş məşqçisi elitaya yüksəlmək istəyir

“Penalti barədə danışmaq istəmirəm” “İmişli”nin baş məşqçisi elitaya yüksəlmək istəyir

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Ölkə kubokunda 1/8 final mərhələsi arxada qaldı. Əsasən birinci liqa və elita klubları arasında keçirilən qarşılaşmalarda surpriz nəticələr qeydə alınmadı. Amma maraqlı mübarizənin yaşadığı oyunlar oldu.

“Kəpəz” “İmişli”ni çətinliklə məğlub edərək növbəti mərhələyə adladı. Hətta 83-cü dəqiqədə “sarı-göylər”ə penalti qazandıran epizod da sonradan müzakirə olundu. “İmişli” futbolçusunun topa zərpə endirmək istəyərkən gözləmədən onun önünə keçən “Kəpəz” futbolçusuna qarşı sərt oynadığına görə penalti verilməsini uyğun görməyənlər tapıldı.
Maraqlıdı, “İmişli” həmin penalti qərarından narazı qalıbmı?
“İmişli”nin baş məşqçisi Fərid Namazov "Football-plus.az"a açıqlamasında bu sözləri dedi:

“Rəqibi təbrik edirəm. Azər müəllim qısa vaxt ərzində yaxşı komanda formalaşdırıb. Fikirləşirəm ki, elitada "Kəpəz"i rahat saxlaya biləcək. Maraqlı oyun alındı. Əvvəldən də planlaşdırırdıq ki, “iki nömrə” kimi oynayaq. Daha çox müdafiədən oynamağı düşünürdük. Yaxşı müdafiə olunub, imkan düşdükcə əks-hücumlarda rəqibi tuta bilərdik. Fikirləşirəm ki, bu plan alındı. Sadəcə, bəzən keyfiyyət, bəzən bəxt amili bizim tərəfimizdə olmadı. Amma elita komandasına qarşı oynayırıqsa, ehtiyatlı olmalı və detallara fikir verməliyik. Biz də həftəboyu təhlillərə əsaslanıb işimizi ona uyğun qurmuşduq. Bizim də özümüzə görə iddiamız var. Liqamızda yuxarı pillələr üçün oynamağa çalışırıq. Birinci hissədə daha çox müdafiə olunduq. Rəqibə bir-iki şans verdik. Ciddi epizod olmadı. İkinci hissədə isə biz üstün idik. Əsasən də hücuma keçidlərdə. Dediyim kimi, elita komandaları bu baxımdan təhlükəli olurlar. Keyfiyyətli oyunçuları var. İstər legionerləri, istərsə də yerli futbolçuları güclüdü. Maksimal dərəcədə diqqətli olmaq lazımdı. Konsentrasiyanı bir dəqiqə itirsən, problem olacaq. Penaltı epizodunda olduğu kimi - müdafiədə buraxdığımız səhvdən həmin epizod yarandı. Penalti barədə danışmaq istəmirəm. VAR-da baxılandan sonra təyin edildi. Buna görə də hörmətlə yanaşırıq. Qarşıdakı oyunlara hazırlaşacağıq. Elitaya yüksəlmək üçün oyunları itkisiz başa vurmalıyıq. Diqqətimizi çempionata yönəltmişik”.


RÖYANƏ OĞUZ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Dekabr 2024 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri