Pəncabda kimya zavodunda güclü partlayış baş verdi: 14 nəfər həlak oldu
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Pakistanın şərqində, Pəncab əyalətində kimya zavodunda qazanın partlaması nəticəsində 14 nəfər həlak olub, onlarla insan xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Sinxua" agentliyi yayıb.
Partlayış yerli vaxtla saat 5:30-da (Bakı vaxtı ilə saat 4:30) Feysalabad sənaye şəhərində baş verib. Alov sürətlə binanı bürüyüb.
Bildirilir ki, yanğınsöndürənlər alovun yaxınlıqdakı evlərə yayılmasının qarşısını almaq üçün onu məhdudlaşdırmağa çalışırlar.
Partlayış nəticəsində bir neçə evin divarları və damları çöküb. Polis bildirib ki, həlak olanların və xəsarət alanların əksəriyyəti bu evlərin sakinləridir.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onlardan bəzisinin vəziyyəti son dərəcə ağırdır.
Hazırda xilasetmə əməliyyatı davam etdirilir. Zavod binasında xeyli insanın qaldığı ehtimal olunur. Buna görə də ölənlərin sayının artacağı istisna edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 21 Noyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















