Icma.az
close
up
RU
Pəncələrdəki problem çənəyə təsir edir Həkimdən XƏBƏRDARLIQ

Pəncələrdəki problem çənəyə təsir edir Həkimdən XƏBƏRDARLIQ

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Pəncələrin fəaliyyətində yaranan pozuntular təkcə qamətə və oynaqlara deyil, həm də alt çənənin vəziyyətinə təsir edə bilər".

Moderator.az xəbər verir ki, bunu "İzvestiya"ya rusiyalı travmatoloq-ortoped Mixail İqnatov deyib.

Mütəxəssisin sözlərinə görə, qeyri-düzgün dişləmə heç də həmişə təkcə stomatoloji problem sayılmır. Bəzi hallarda onun inkişafı dayaq-hərəkət aparatının iş xüsusiyyətləri, o cümlədən yastıpəncəliklə sıx bağlı ola bilər. Pəncələr orqanizmin biomexaniki sisteminin özülü hesab olunur: onlar amortizasiya funksiyasını yerinə yetirərək yükün bərabər paylanmasına kömək edir. Pəncə tağlarının yastılaşması zamanı hərəkət mexanikası dəyişir, diz və çanaq-bud oynaqlarına düşən yük artır, onurğa sütunu isə yaranan disbalansı kompensasiya etməyə başlayır.

"Orqanizm vahid bir sistemdir, buna görə də bir nahiyədəki dəyişikliklər çox vaxt digərlərinin işində öz əksini tapır. Əzələlərin, onurğanın və gicgah-çənə oynağının sıx qarşılıqlı əlaqəsi səbəbindən qamətdəki dəyişikliklər alt çənənin vəziyyətinə də təsir edə bilir. Nəticədə insanda dişləmə pozuntuları yarana və ya arta, həmçinin çeynəmə, yaxud ağzı açma zamanı diskomfort hiss edilə bilər", - deyə İqnatov qeyd edib.

Həkimin fikrincə, dişləmənin korreksiyası bütün dayaq-hərəkət aparatının vəziyyəti nəzərə alınmaqla aparılmalıdır. Əgər pozuntuların səbəbi biomexaniki disbalansdırsa, təkcə ortodontik müdaxilə kifayət etməyə bilər. Belə hallarda müxtəlif mütəxəssislərin iştirakı ilə pəncələrin, onurğanın və qamətin vəziyyətinin kompleks diaqnostikası tələb olunur.

Yastıpəncəlik tədricən inkişaf edir və uzun müddət özünü qabarıq simptomlarla büruzə verməyə bilər. Ayaqların tez yorulması, gəzintidən və ya uzun müddət ayaq üstə qalmaqdan sonra yaranan ağırlıq hissi, eləcə də pəncə, diz və bel nahiyəsindəki ağrılar mümkün pozuntulardan xəbər verə bilər.

Həkim problemlərin profilaktikası üçün ayaqqabının düzgün seçilməsini, normal bədən çəkisinin qorunmasını, pəncə və baldır əzələlərinin müntəzəm olaraq möhkəmləndirilməsini, həddindən artıq hündür dabanlardan və tamamilə düzaltlıqlı ayaqqabılardan uzun müddət istifadənin məhdudlaşdırılmasını tövsiyə edib. Ayaq pəncələrinin vəziyyətinə vaxtında diqqət yetirmək düzgün qaməti qorumağa kömək edir və dişləməyə mənfi təsir edə biləcək riskləri azaldır. /oxu.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 İyul 2026 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri