Icma.az
close
up
RU
Pəncərə metaforası: Rusiyada yüksələnlər niyə aşağı düşürlər?

Pəncərə metaforası: Rusiyada yüksələnlər niyə aşağı düşürlər?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kubra Məhərrəmova yazır...

Dünyanın ən məşhur mafiyaları sırasında İtaliya - Cosa Nostrası (Siciliya) və onun Amerika qolu, Yaponiya-Yakudzası, Çin Triadaları, Rusiya mafiyası, Meksika kartelləri yer alır.

Bütün mafiya təşkilatlarını bir şey birləşdirir. Bütün vasitələrlə məqsədə nail olmaq. XX əsrin əvvəllərində bu, reketlik, adam qorxutmaq, biznesi əldən almaq idisə, bu gün təşkilatların fəaliyyət dairəsi xeyli genişlənib. Buraya maliyyə fırıldaqları, silah ticarəti, narkotik dövriyyəsi, çirkli pulların yuyulması, qaçaqmalçılıq, qanunsuz miqrasiya, qumar oyunları, insan alveri, kibercinayətkarlıq və s. aiddir. Sadaladıqlarım film deyil, təəssüf ki, yaşadığımız dünyanın bir parçasıdır.

Həmçinin bəzi ölkələr var ki, orada baş verən hadisələri izləyəndə, elə mafiya haqqında filmi izləyirmiş kimi olursan.

Bir neçə gün əvvəl "AnewZ" telekanalı Ruben Vardanyan haqqında sənədli filmi təqdim etdi. "The Oligarch"s Design" sənədli filmi gizli və açıq maliyyə fırıldaqları, siyasi elitanın məqsəd və hərəkətliliyi, həmçinin Kremlin istəmədiyi halda kiminsə "oliqarx" ola bilməyəcəyi barədə açıq mənbələrə istinadən məlumat verdi izləyənlərə. Film kimin üçünsə sadəcə yaradıcı iş, təxəyyülün məhsulu kimi görünə bilər, amma Rusiyada son bir neçə ildə baş verənlərə ötəri nəzər salanda görərik ki, filmin ağır və dərin mənaları, çalarları var.

Yeri gəlmişkən, Vardanyanın məhz Bakıda həbsdə olması olduqca vacib məqamdır.

Onun məhkəməsinin açıq keçirilməsi də həmçinin. Bəlkə də, məhz Bakı onu "pəncərədən yıxılmaqdan" xilas edib.

Məhkəmə başa çatmadığına görə bu barədə yazmaq doğru olmadığı üçün keçirəm Rusiyada baş verən film kimi hadisələrə.

Dünən Moskvanın cənubunda avtomobildə baş verən partlayışdan sonra daha bir general həyatını itirdi. İstintaq Komitəsi bildirib ki, avtomobilin partlaması nəticəsində aldığı xəsarətlərdən sonra Rusiya Silahlı Qüvvələri Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov vəfat edib. Qurum təsdiqləyib ki, partlayışın səbəbi avtomobilin alt hissəsinə yerləşdirilmiş partlayıcı qurğu olub.

Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan Rusiyanın yüksəkçinli zabitlərinin məhv edilməsinin ilk nümunəsi deyil.

Bu zabitlər gah partlayıcı vasitələrlə aradan götürülür, ya da sadəcə "yox olurlar".

Məsələn, Putinə Rusiya ordusunun "parlaq" qələbəsi barədə məruzə edən general-polkovnik Sergey Kuzovlyev "Kupyansk məruzəsi"ndən sonra "yoxa çıxıb". Məhz o bildirmişdi ki, "Kupyansk tamamilə Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir". Hətta buna görə mükafat da almışdı.

Bu məruzədən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Kupyanska səfər edərək oradan video çəkir və bununla da RF-in işğal barədə iddiasını təkzib edir. Daha sonra bildirir ki, "çox güman, bu general artıq sağ deyil". Zelenskiyə bu məlumatın kəşfiyyat tərəfindən ötürüldüyü də aydındır. Buna sadəcə general ölümü kimi baxıb keçə bilsək də, hadisənin baş verməsi Rusiya hərbi-siyasi elitasında hökm sürən kritik gərginlikdən xəbər verir. Generallar payızlıq cücə kimi bir-bir "tələf" olurlar.

O zaman sual yaranır, generalı kim aradan götürüb? Ukrayna, yoxsa Rusiyada fəaliyyət göstərən "kriminal-siyasi elita"? Bəlkə general elə "yalan" məruzə etdiyi üçün "yoxa çıxıb?"

Sualın yaranma ehtimalı bundan əvvəl baş verən hadisələrdə gizlənir.

Məsələn, Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoit 2025-ci ilin iyulunda işdən çıxarıldıqdan sonra intihar edir. Rəsmi məlumata görə ona hədiyyə edilmiş silahla özünü başından güllələyərək öldürür. Cəsədi isə Moskva vilayətindəki evinin yaxınlığında, öz şəxsi avtomobilində ("Tesla Model X") tapılır.

Daha bir hadisə 2025-ci iyulunda Rusiyanın "Transneft" şirkətinin 62 yaşlı vitse-prezidenti Andrey Badalov Rublyovskoye şosesində mənzilinin pəncərəsindən "yıxılaraq" ölməsidir.

Ümumiyyətlə Rusiya oliqarxlarının pəncərədən düşüb ölmə kimi qəribə ənənələri var. Bu ənənə ötən əsrin 90-cı illərindən başlayır.

2022-ci ilin sentyabrında "LUKOIL" şirkətinin vitse-prezidenti Ravil Maqanov da pəncərədən yıxılaraq həyatını itirənlər sırasındadır. Belə ki, o, Moskvada yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.

Həmçinin biznesmen və politoloq Pavel Antov da 2022-ci ilin dekabrında Hindistanda (Odisa) hotel pəncərəsindən düşərək ölüb.

Pəncərədən, eyvandan yıxılan oliqarx və yüksəkçinli məmurların siyahısını çox uzatmaq olar, lakin bu ölümlərin səbəbi kimi bir əsas xətt mövcuddur - Rusiya-Ukrayna müharibəsi...

Heç kimə sirr deyil ki, bu "hərbi əməliyyat" Rusiya daxilində yüksəkrütbəli hərbçilər və dövlət məmurlarına, oliqarx və milyonçulara böyük təzyiq yaratdı. Uğursuz əməliyyatlar, strateji səhvlər daxili "razborkalar" və böhranın təzyiqini çoxaltdı.

Mövzuya hakim olanlar deyirlər ki, bəzən psixoloji stres-qorxu oliqarx və yüksək çinli şəxsləri intihara yaxın vəziyyətə sala bilər. Çoxu elə öz "xoşu ilə" həyatla vidalaşıb. Digər qrup isə əmindir ki, heç kim təsadüfən "pəncərədən" yıxılmır. Bu, sadəcə hakimiyyət və təsir dairələri uğrunda aparılan gizli və ya açıq mübarizənin bir hissəsidir.

Oliqarxlar arasında resurs və təsir dairələri uğrunda mübarizə heç də Rusiya-Ukrayna cəbhəsində baş verən qanlı-qadalı hadisələrdən geri qalmır.

Maliyyə aktivlərinin və siyasi dəstəyin azalması təsir dairəsini daraldır, bəzən bu da "qeyri-adi" ölüm halları ilə nəticələnir.

Vardanyanı da eyni sonluq gözləyə bilərdi. Pəncərədən yıxılmaq və ya göldə olarkən boğulmaq. Bəlkə də, Vardanyanın "həmkarları" onun üçün daha kreativ sonluq düşünmüşdülər.

Təəssüflər olsun ki, bu, sadəcə mənim təxəyyülümün məhsulu və ehtimalı olaraq qalır. Əsl həqiqət isə odur ki, Vardanyan sağ-salamat, hətta deyərdim ki, səhhətində yaxşılığa doğru inkişafla Bakıda həbsdədir. Məncə Vardanyan xilaskarına bir ömür borclu olmalıdır!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Dekabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri