Pəncərə və qapılar bağlanıb, barrikadalar qurulub ABŞ seçkiyə hazırlaşır
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vaşinqtonda prezident seçkilərinin nəticələri ərəfəsində binaların pəncərə və qapıları bağlanıb, həmçinin barrikadalar qurulub.
Sfera.az bildirir ki, prezidentliyə namizəd Kamala Harrisin səsvermənin nəticələrini müşahidə edəcəyi ərazidə hasarlar quraşdırılıb. Bu barədə “The Times” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Harrisin yaşadığı Ağ Evin və Dəniz Rəsədxanasının ətrafında mağazalar yığışdırılıb və təhlükəsizlik tədbirləri görülüb.
Məlumata görə, paytaxtın polis qüvvələri ABŞ-də prezident seçkilərinin nəticələrinə görə baş verə biləcək iğtişaşlara qarşı hazır vəziyyətdədir. Amerikalılar vətəndaş nümayişlərindən də ehtiyatlanırlar.
“The Times” həmçinin xatırladıb ki, prezident seçkilərindən sonra varlı amerikalıların kütləvi şəkildə mühacirətə getməsi barədə məlumat yayılmışdı. “Onların bu qərarı əksər hallarda səsvermənin nəticələrindən sonra baş verə biləcək iğtişaşlarla əlaqəli narahatlıqlarla bağlıdır”, - nəşr əlavə edib.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 05 Noyabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















