Icma.az
close
up
RU
Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?

Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pəncərələrin örtülməsi yalnız məxfiliyə deyil, həm də otağın ümumi görünüşünə təsir edir. Ənənəvi tül və pərdə dəsti əvəzinə otağın ölçüsünə, günəş işığının səviyyəsinə və arzu olunan işıqkeçirmə dərəcəsinə uyğun müxtəlif həllər seçmək mümkündür.

Qaynarinfo Gazeta.pl saytına istinadən xəbər verir ki, bunlara müasir texnologiyalarla hazırlanan parçalar, rulon pərdələr və jalüzlər daxildir.

Reyka üzərində pərdələr yüngül və zərif görünür

İlk variant klassik karniz əvəzinə reykaya bərkidilən pərdələrdir. Belə sistem müxtəlif tipli pəncərələr üçün istifadə oluna bilər. Bu zaman həm yüngül, havadar parçalardan, həm də daha sıx materiallardan istifadə etmək mümkündür.

“Mekanizm görünməzdir, buna görə parça hamar və səliqəli səth yarada bilər. İkiqat və üçqat reykalar yüngül parçanı daha sıx pərdə və ya işıqkeçirməyən parça ilə birləşdirməyə imkan verir”, deyə materialda qeyd olunur.

Uyğun parça seçimi də mühüm əhəmiyyət daşıyır. Günəş işığının intensiv olduğu məkanlarda uzun müddət günəş şüalarının təsirinə daha davamlı olan polyester materiallardan istifadə etmək məqsədəuyğundur.

Rulon pərdələr pəncərə ətrafında az yer tutur

Rulon pərdələr, xüsusilə pəncərənin ətrafında boş yerin az olduğu məkanlar üçün əlverişli seçimdir. Onların açılması üçün yan tərəflərdə əlavə sahəyə ehtiyac yoxdur və bu səbəbdən kiçik otaqlarda da rahat istifadə edilə bilər.

“Rulon pərdələrin ən böyük üstünlüyü otağa nə qədər işıq düşməli olduğuna uyğun parça seçmək imkanının olmasıdır. Tam qaranlıq yaradan modellər işığın demək olar ki, hamısını bloklayır. Buna görə onlar yataq otağında və ya daha güclü qaralma tələb olunan məkanlarda praktik ola bilər”, deyə nəşrdə bildirilir.

Pərdənin görünüşünü divarların və mebellərin rənginə uyğunlaşdırmaq və ya onu interyerin diqqətçəkən elementinə çevirmək mümkündür. Əgər yalnız praktik işıqkeçirməzlik gözlənilən vizual effekti yaratmırsa, rulon pərdəni digər pəncərə dekoru ilə də birləşdirmək olar.

Taxta jalüzlər müasir interyerlərdə yenidən populyarlaşır

Digər variant üfüqi jalüzlər, xüsusilə taxta modellərdir. Onlardan böyük şüşə səthlərə malik məkanlarda, həmçinin beton, taxta və təbii materiallardan istifadə olunan interyerlərdə yararlanılır.

“Üfüqi jalüzlər pəncərəni tam açmadan otağa daxil olan işığın miqdarını tənzimləməyə imkan verir. Taxta məkana əlavə faktura və daha isti xarakter verir. Onun rəng çalarını mebellərin, döşəmənin və ya digər taxta elementlərin rəngi ilə uyğunlaşdırmaq mümkündür. Lamelləri birləşdirən lentlər də mühüm rol oynayır: onlar oxşar tonlarda ola və ya ümumi görünüşlə qəsdən kontrast yarada bilər”, deyə materialda vurğulanır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Sentyabr 2026 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri