Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında əməkdaşlıq çərçivəsində məhkumların maarifləndirilməsinə yönəlmiş növbəti aksiya keçirilib.
525.az-a Dövlət Komitəsindən bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində təşkil olunan aksiya zamanı 4, 9, 11, 12 və 13 saylı cəzaçəkmə müəssisələrinə, həmçinin Umbakı, Şəki və Lənkəran penitensiar müəssisələrinə xüsusi kitab rəfləri və ümumilikdə 800 kitab təqdim olunub.
Nəşrlər arasında din, fəlsəfə, tarix, bədii ədəbiyyat və humanitar elmlərə dair kitablarla yanaşı, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə xidmət edən nəşrlər də yer alıb.
Qeyd edək ki, aksiyanın əsas məqsədi məhkumların mütaliəyə marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və maarifləndirici resurslara çıxış imkanlarının genişləndirilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 07 Avqust 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















