Icma.az
close
up
RU
Pensiya ala bilməyənlərə sevindirici xəbər Deputat açıqladı

Pensiya ala bilməyənlərə sevindirici xəbər Deputat açıqladı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda 65 yaşını tamam etmiş 166,7 mindən artıq vətəndaş yaşa görə 220 manat müavinət alır. İlin əvvəlindən əmək pensiyalarına tətbiq edilən 9,2 faiz indeksasiya isə bu kateqoriyaya şamil olunmur. Yəni onların aldıqları müavinətlər artmayacaq. Maraqlıdır ki, ölkədə təqaüdçülər üçün müəyyən edilən yaşayış minimumu 260 manatdır. Buna baxmayaraq, sözügedən vətəndaşlar hələ də 220 manat müavinət alırlar.

Bu halda 166,7 min nəfərin aqibəti necə olacaq? Bu vəziyyət fonunda sosial siyasət və pensiya sistemi təqaüdçülərin real ehtiyaclarını qarşılamaq üçün hansı tədbirləri nəzərdə tutmalıdır?

Globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, bu dəfəki indeksasiya sistemi əmək pensiyalarına şamil olunub.

Onun sözlərinə görə, gələcəkdə artımlar gözlənilir:

“Bütün növ əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin 9,2 faizi indeksləşdirilib və artımlar nəzərdə tutulur. Bu, 1,1 milyon vətəndaşı əhatə edəcək. Əmək pensiyası alan vətəndaşlarımız – həm yaşa, həm əlilliyə, həm də ailə başçısını itirməyə görə pensiya alan şəxslər bu artımlardan faydalana biləcəklər. Təbii ki, biz yaşa görə müavinətlərin artırılması ilə bağlı da təkliflərimizi təqdim edirik. Nəzərə almalıyıq ki, yaşa görə müavinətlərin artırılması həmin vətəndaşların sosial təminatının daha da gücləndirilməsi baxımından vacibdir”.

Vüqar Bayramov

Deputat qeyd edib ki, sosial müavinətlərin artırılması ilə bağlı qərarlar mütəmadi olaraq qəbul edilir:

“2025-ci ildə də sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı ölkə başçısı tərəfindən müvafiq sənəd imzalanıb. Pensiyalar da əməkhaqqına uyğun olaraq indeksləşdirilərək artırılacaq. Mövcud maliyyə imkanları çərçivəsində yaşa görə müavinətlərin artırılması məsələsinə baxılması və bu istiqamətdə addımların atılması ilə bağlı təkliflər irəli sürürük”.

İqtisadçı Ruslan Atakişiyev isə bildirib ki, ölkə üzrə minimum ehtiyac meyarı 300 manatdır:

Ruslan Atakişiyev

“Bu göstərici pensiyaçılar üçün 260 manat olaraq müəyyən edilib. Yaşa görə 220 manat müavinət isə əsasən əmək stajı olmayanlara şamil olunur. Həmin şəxslərlə bağlı bir sıra digər sosial dəstək mexanizmləri də mövcuddur. Məsələn, tək yaşayan yaşlı şəxslərə sosial xidmət göstərilir, onlara baxan adamlara aylıq xidmət haqqı ödənilir. Eyni zamanda müəyyən dərman vasitələrini pulsuz əldə etmək imkanları da var. Bununla belə, real bazar qiymətlərini nəzərə alsaq, 220 manat aşağı məbləğdir. Hesab edirəm ki, gələcəkdə bu müavinətin də artırılması məsələsinə baxılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri