Icma.az
close
up
RU
Pensiya artımları dövlətin sosial siyasətində davamlı istiqamətdir

Pensiya artımları dövlətin sosial siyasətində davamlı istiqamətdir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnkişafına görə regionun lider dövləti olan Azərbaycanın daxili siyasətində sosial siyasət həmişə prioritet istiqamət təşkil edib. Ölkəmizin maliyyə imkanlarının artması, öz növbəsində, əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən siyasətə mühüm töhfəsini verir.

Dövlət büdcəsinin 40 faizdən çoxu sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilir. Əməkhaqları, pensiya, təqaüd və müavinətlərin, digər sosial ödənişlərin ardıcıl olaraq və dəfələrlə artımı təmin edilir. Gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1.4 faiz çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir. 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olacağı proqnozlaşdırılır ki, bu, 2025- ci ilin proqnoz göstəricisindən 121.2 milyon manat və ya 2.6 faiz çox deməkdir.

Dövlət Sosial Müdafiə Fondu İdarə Heyəti sədrinin müavini Şahin Əliyev XQ- yə açıqlamasında qeyd etdi ki, dövlət qurumlarında əməkhaqqının artırılması məhz cənab Prezidentin imzaladığı sərəncamla həyata keçirilir. Bu baxımdan son illərdə həm minimum əməkhaqqı, həm də müəyyən dövət qurumlarında maaş artımını müşahidə edirik. Qanunvericiliklə pensiyaların həm indeksasiyalaşdırılaraq artırılması, həm də ehtiyac meyarı müəyyənləşir.

Yanvarın 1-dən etibarən “Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya məbləğləri indeksləşdirilərək artırılacaq və bütün növ pensiyalara şamil ediləcək. İlkin gözlənti ondan ibarətdir ki, pensiyalarda 9,2 faiz artım qeydə alınacaq. Bu həm yaşa, həm valideynlərini itirməyə, həm də əlilliyə görə pensiyaları əhatə edəcək. Müsahibimiz daha sonra bildirdi ki, növbəti ildən etibarən 1 milyon 100 min vətəndaşın pensiyalarında artımlar olacaq. Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım məbləğində artımlara səbəb olacaq:

– Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti il üçün əhaliyə ödənişlər üzrə xərclərində nəzərdə tutulan ciddi artım ölkəmizdə sosial müdafiə tədbirlərinin gələn il də uğurla davam etdiriləcəyini deməyə əsas verir. Belə ki, Fondun 2026-cı il üçün gəlirlərinin builki proqnoz gəlirlərinə nisbətən 705,7 milyon manat (9,3 faiz) çox olmaqla 8 milyard 323 milyon manat olması nəzərdə tutulur. DSMF-nin növbəti ildə xərclərinin isə 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu vəsaitin 8 milyard 196 milyon manatı (96,6 faiz) əhaliyə ödənişlərə yönəldiləcək.

Fond gələn il əhaliyə 2024-cü ilə nisbətən 1 milyard 534 milyon manat, bu illə müqayisədə isə 788 milyon manat çox vəsait ödəyəcək. DSMF tərəfindən gələn il əhaliyə ödəniləcək vəsaitin 7 milyard 993 milyon manatının pensiya, 203,6 milyon manatının isə sosial sığorta hesabına verilən müavinət üzrə xərclərə yönəldilməsi nəzərdə tutulur.

– Uğurlu sosial islahatlarla bağlı ölkəmizdə həyata keçirilən davamlı tədbirlər, pensiya təminatına əlçatanlığın artırılması istiqamətində hansı işlər görülüb?

– Bildiyiniz kimi, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı dayanır və sosial sahədə aparılan ardıcıl islahatlar bir daha bunu təsdiq edir. Cənab Prezidentin tapşırığı ilə 2018-ci ildən bəri ölkəmizdə 5 sosial islahat paketi icra olunub və 4 milyon nəfəri əhatə edən bu islahatlar üçün əlavə olaraq ayrılan illik vəsait 7,6 milyard manat təşkil edir. Bu islahatlar nəticəsində 2018-2025-ci illərdə minimum əməkhaqqında 3,1 dəfə, müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsaitdə isə 5 dəfə, ÜDSY-nin orta məbləğində 2,5 dəfə artım olub.

Bu beş islahat paketinin hər birində pensiya artımı da yer alıb. 1,1 milyon insanı əhatə edən pensiyaların artımı hər bir islahat paketinin tərkib hissəsidir. Minimum pensiya 110 manatdan 3 dəfəyə yaxın artaraq 320 manata çatıb. 2018-2025-ci illərdə orta aylıq pensiya isə 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata artıb. Bütün bunlar onu göstərir ki, qeyd edilən sosial ödəənişlərdə ciddi artım dinamikası var, sosial ödənişlərdə artım davamlı xarakter alıb. 2018-2025-ci illərdə pensiya ödənişlərinə ayrılan vəsaitin illik həcmi də 2 dəfə artaraq 7,2 mlrd. manatı ötüb. Minimum pensiya artımı ilə yanaşı, hər ilin əvvəlində bütün pensiyaların indeksasiya əsasında artımı da həyata keçirilir.

2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki müddətin bitdiyi tarixdən rəsmiləşdirilir. Qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş, o cümlədən pensiya verilir.

Eyni zamanda, əmək pensiyaçılarının və əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Prezidentin müvafiq sərəncamlarına əsasən sığorta prinsipi ilə pensiya alan pensiyaçılara 2022- ci il üzrə 200 manat məbləğində, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına isə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödənişləri həyata keçirilib. Həmin maddi yardımlar 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilib və hər il indeksləşdirilir.

Həmçinin 2023-cü ildən başlayaraq pensiyaların hər il indeksləşdirilərək artırılmasında bütün pensiyaçılar üzrə vahid yanaşmanın tətbiqinə başlanıb. Yəni pensiyaların hər il indeksləşdirilərək artırılması artıq qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) da şamil olunur.

Qanunun müvafiq maddəsi üzrə artıq çoxuşaqlı anaların uşaqlarının sayının tərkibində sadəcə doğma övladları deyil, həmçinin övladlığa və qəyyumluğa götürülən uşaqlar da nəzərə alınır. Bundan başqa, sözügedən kateqoriyadan olan şəxslər müvafiq yaş həddinə çatdıqda, fərdi hesabının sığorta hissəsində 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək pensiya kapitalı qeydə alınmışdırsa, sözügedən şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sığorta stajı güzəşt edilməklə avtomatlaşdırılmış qaydada pensiya təyinatı həyata keçirilir.

Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərə münasibətdə kapital tələbinin ləğvi bu kateqoriyadan olan şəxslərin pensiya təminatına çıxış imkanlarını genişləndirib. Qanunvericilikdə güzəştli şərtlərlə vaxtından xeyli əvvəl pensiyaya çıxmaq hüququ olan bir sıra kateqoriyalar (beşdən çox uşağı olanlar, 18 yaşadək əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş analar, zərərli işlərdə çalışanlar və b.) nəzərdə tutulub. Son illər qanunvericilikdə humanist dəyişikliklər edilərək daha erkən dövrdə yaşa görə pensiya hüququ yaranan şəxslərin sırası daha da genişləndirilib. Həmçinin təkcə son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrin siyahısına 65 yeni peşə və vəzifə əlavə edilib. Hazırda həmin siyahıda 5 il erkən pensiyaya çıxmaq imkanı verən 4 mindən çox peşə və vəzifə göstərilib.

– Sənəd toplamadan, heç bir quruma müraciət etmədən artıq vətəndaşlara proaktiv qaydada pensiya təyin olunur. Təbii ki, bu da vətəndaş məmnuniyyətinin artırılmasına, şəffaflıq və operativliyin təmin olunmasına xidmət edir.

– Həssas kateqoriyadan olan əhalinin rifahının yüksəldilməsi, onların sosial təminatının daha da gücləndirilməsi məqsədilə Fond tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən sosial müavinət və təqaüdlərin təyinatı və ödənişi ilə bağlı fəaliyyətin daha şəffaf, innovativ və müyəssər platforma üzərindən təşkil olunması əsas prioritetlərindəndir.

Ötən dövr ərzində sosial müavinət və təqaüdlər üzrə proaktiv qaydada təyinatların artırılması, habelə sosial müavinət və təqaüdlərlə əhatə olunan əhalimizin sayında artım təbii ki, sosial ödəniş növlərinə dövlət büdcəsindən ayrılan vəsaitin də artmasına təsirsiz ötüşməyib. Son 7 ildə sosial müavinət ödənişləri üçün ayrılan illik vəsait beş dəfə artıb.

Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində formalaşan məlumatlar əsasında vahid platforma üzərindən vətəndaşların müraciəti olmadan, onların sosial müavinət və təqaüd hüquqları proaktiv qaydada müəyyən edilərək təyinatlar aparılır. Ötən dövrdə 854 min, o cümlədən bu ilin 10 ayında 133 min sosial müavinət və təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Aparılan islahatlar sosial təminatla əhatə olunanların sayının artması ilə nəticələnir. Fond tərəfindən sosial müavinət və təqaüd alanların sayı 2018-ci illə müqayisədə 527 min nəfərdən 1,7 dəfə artaraq cari ilin əvvəlinə 881 min nəfərə çatıb.

Söhbəti hazırladı:
Mustafa KAMAL
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri