Pensiya avtomatik olaraq təyin edilməyibsə, hara müraciət edilməlidir? CAVAB
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu (əvvəlki mövzu) pensiya yaşı tamam olmuş şəxsə avtomatlaşdırılmış qaydada (proaktiv) pensiya təyinatı aparılmadığı təqdirdə həmin şəxs hara müraciət edilməsi ilə bağlıdır.
Pensiya yaşı tamam olmuş şəxsə avtomatlaşdırılmış qaydada (proaktiv) pensiya təyinatı aparılmadığı təqdirdə həmin şəxs hara müraciət etməlidir?
Şəxs aşağıda qeyd olunan sənədlərlə əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün Fondun istənilən yerli struktur bölməsinə və ya istənilən DOST mərkəzinə müraciət edə bilər:
-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
-sığorta stajını təsdiq edən sənəd;
-əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Aprel 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















