Icma.az
close
up
RU
Pensiya ilə bağlı bəd xəbər: Sovet dövründə çalışanlar...

Pensiya ilə bağlı bəd xəbər: Sovet dövründə çalışanlar...

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sovet dövründə işləyən minlərlə vətəndaşın pensiya kapitalı bu gün çox aşağı hesablanır və bu problem sosial narazılıq doğurmaqdadır. Vətəndaşlar bildirirlər ki, təyinatla işlədikləri illərin dəyəri pensiya sistemində nəzərə alınmır və cəmi bir neçə manat hesablanması ədalətsizdir.

Sosial şəbəkələrdə bu mövzu davamlı şəkildə şikayət və çağırış formasında gündəmə gətirilir. İnsanlar bu məsələnin Milli Məclisdə yenidən müzakirə olunmasını və sovet dövrü kapitalının indeksasiyasına baxılmasını tələb edirlər.

Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu istiqamətdə artıq qanunvericilikdə dəyişiklik edilib:

“Artıq qanunvericilikdə dəyişiklik edilib. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununu var. Bu məsələ bir müddət əvvəl müzakirə olunub. Artıq hesablama forması müəyyən edilib.

Nə bu məsələnin indi Milli Məclisə çıxarılması, müzakirə edilməsi, nə də qanunda dəyişiklik edilməsi gözlənilir.

Bu məsələ niyə yenidən gündəmə gəlib, bilmirəm. Mən də çox istərdim ki, Sovet dövründə çalışan minlərlə vətəndaşın pensiya kapitalı daha yüksək məbləğlərlə hesablan­sın”.

Komitə rəsmisi əlavə edib ki,  vətəndaşların pensiya kapitalının artırılması üçün müzakirələr aparılsa da, hökumət nümayəndələri mövqelərini belə əsaslandırıblar:

“Bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunub, hökumət nümayəndələri ilə danışıqlar aparılıb. Onlar məsələni belə əsaslandırıblar ki, nə qədər vəsait yığılıbsa, həmin məbləğ əsasında hesablamalar aparılıb. Xülasə, hökumət nümayəndələri məsələni bu şəkildə əsaslandırırlar. Artıq bununla bağlı qanun da qəbul edilib və normativ sənədlər təsdiqlənib.

Vətəndaşlar bilmək istəyirlər ki, bu məsələ yenidən Milli Məclisdə müzakirə oluna bilərmi? Bu isə gözlənilmir, belə bir məsələ nəzərdə tutulmayıb”.

O, qeyd edib ki, dövlət büdcəsi haqqında qanun layihəsi artıq qəbul edildiyi üçün yaxın vaxtlarda bu məsələyə yenidən qayıdılması gözlənilmir:

“Bilirsiniz ki, 2026-cı ilin büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi. Ona görə də Sovet dövründə çalışan vətəndaşların pensiya kapitalının artırılması gözlənilmir. Kapitalın artırılması, bu məsələnin müzakirəsi gözlənirlmir”.

Əsmətxanım Rzazadə 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri