Icma.az
close
up
RU
Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB

Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Azərbaycanda yaşa görə əmək pensiyası almaq üçün əsas şərtlərdən biri sığorta stajı və ya tələb olunan pensiya kapitalının olmasıdır.

BAKU.WS-in məlumatına görə, hazırda pensiya yaşına çatan minlərlə vətəndaş bu tələbləri tam ödəyə bilmədiyi üçün yaşa görə əmək pensiyası əvəzinə sosial müavinət alır.

Xüsusilə elə hallar var ki, şəxsin tələb olunan 25 illik sığorta stajını tamamlamasına cəmi bir neçə ay və ya bir il qalır. Bu məsələ cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan biridir.

Bəs pensiya yaşına çatdıqdan sonra yenidən işləyərək çatışmayan sığorta stajını tamamlamaq mümkündürmü? Belə olan halda vətəndaşa yaşa görə əmək pensiyası təyin edilə bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün vətəndaş iki şərtdən ən azı birini ödəməlidir:

"Birinci şərt minimum 25 il sığorta stajına malik olmaq, ikinci şərt isə qanunvericiliklə müəyyən edilmiş minimum pensiya kapitalını toplamaqdır. Minimum pensiya kapitalı minimum aylıq əmək pensiyasının məbləğinin 144 misli əsasında hesablanır.

Pensiya təyin edilərkən müraciət olunan tarixdə qüvvədə olan qanunvericilik əsas götürülür. Bu səbəbdən vətəndaş sonradan işləyərək tələb olunan 25 illik sığorta stajını tamamlayarsa və ya zəruri minimum pensiya kapitalını formalaşdırarsa, yaşa görə əmək pensiyası hüququ əldə edə bilər. Bunun üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə aidiyyəti quruma müraciət edilməli və sənədlər təqdim olunmalıdır.

Praktikada isə çoxsaylı vətəndaş pensiya yaşına çatdığı vaxt cəmi bir neçə ay və ya bir il sığorta stajı çatışmadığı üçün əmək pensiyası almaq hüququ qazana bilmir və sosial müavinətlə kifayətlənməli olur".

Vüqar Bayramov hesab edir ki, bu kateqoriyadan olan şəxslərlə bağlı qanunvericilikdə xüsusi yanaşmanın tətbiq edilməsi məqsədəuyğun olardı Onun fikrincə, minimum tələb olunan sığorta stajına cəmi bir neçə ay və ya bir il çatmayan vətəndaşlar üçün ayrıca mexanizmin yaradılması onların yaşa görə əmək pensiyası almaq imkanlarını genişləndirə bilər.

Deputat vurğulayıb ki, bu, hazırda yalnız təklif xarakteri daşıyır və məsələ ilə bağlı qanunvericiliyə hər hansı dəyişiklik edilməyib: "Hazırda pensiya təyinatı mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 İyul 2026 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see363

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see275

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see247

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see239

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see236

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see226

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see201

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see194

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see193

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see181

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see175

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see172

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see172

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see168

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see165

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see164

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see159

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see159

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see151

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri