Icma.az
close
up
RU
Pensiya, müavinət, sosial yardım, təqaüd və kompensasiya alanlara ŞAD XƏBƏR!

Pensiya, müavinət, sosial yardım, təqaüd və kompensasiya alanlara ŞAD XƏBƏR!

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin Azərbaycan iqtisadiyyatında və dünya iqtisadiyyatında 2024-cü ildə baş verən proseslər, 2025-ci illə bağlı gözləntilər mövzusunda ilin iqtisadi yekunlarına həsr edilmiş brifinq keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, brifinqdə çıxış edən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının idarə edilməsi nöqteyi nəzərindən milli iqtisadiyyatımızın müvafiq makroiqtisadi parametrləri baxımından demək olar ki, müsbət nəticələr qeydə alınıb. Makroindekatorlara gəlincə ümumdaxili məhsul və dövlət büdcəsi parametrlərinin həyata keçirilməsi baxımından hansısa ciddi problemlər olmayıb.

Professor qeyd edib ki, ümumdaxili məhsulda ilin sonuna müvafiq artımların 3-4% olacağı gözlənilir. Eyni zamanda, dövlət büdcəsi profisitlə icra olunur. Büdcə icrası prosesi baxımından hansısa ciddi problemlər yoxdur. Ölkə hökumətinin iqtisadi bloku demək olar ki, iqtisadi idarəetmə sisteminin müvafiq parametrləri çərçivəsində qorunur.

Elşad Məmmədov xüsusilə vurğulayıb ki, Azərbaycanda son illər ərzində sosial iqtisadi siyasətin mühüm prioritet istiqaməti kimi məhz əhalinin geniş təbəqələrinə sosial dəstəyin verilməsindən ibarətdir. Azərbaycanın sosial strategiyasının mühüm, spesifik cəhətlərindən biri aktiv məşğulluq siyasətinin təşkili ilə bağlıdır.

"Bildiyimiz kimi, əhalinin həssas kateqoriyalarına məhz əmək bazarına inteqrasiya nöqteyi nəzərdən müvafiq dövlət dəstəyi verilməkdədir ki, passiv sosial müavinətlərdən prioritet olaraq, əhalinin geniş təbəqələrini məhz məşğulluğa, əmək bazarına cəlb etməyə çalışılır ki, bunun da artıq müsbət nəticələri var.

Eyni zamanda, əgər biz 2025-ci ilin dövlət büdcəsinin layihəsinə nəzər yetirsək görərik ki, burada da sosialyönümlü xərclərin payı artmaqdadır. Artıq bizim 2025-ci il büdcə layihəsində 40%-dən çox xərclərin məhz sosialyönümlü olması, insan kapitalına yönəlik olması onu deməyə əsas verir ki, biz sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə üstünlük veririk və bunun da dünyada mövcud olan trendlərlə uyğunluğunu qeyd etmək lazımdır.

Çünki son onilliklərdə məhz insan kapitalına daha çox vəsait yatıran ölkələr daha rəqabətqabiliyyətli iqtisadiyyata malik olurlar. Bu siyasətin həyata keçirilməsinin əsası şübhəsiz ki, ölkə prezidentinin siyasi iradəsinə əsasən müvafiq effektiv, şəffaf idarəetmə yanaşmaları oldu ki, dövlət başçısının siyasi iradəsi həm də ondan ibarət idi ki, bu siyasət nəticəsində əldə olunan əlavə resursları məhz prioritet olaraq əhaliyə, əhalinin sosial dəstəyinə istiqamətləndirmək mümkün olsun.

Baxmayaraq ki, dünya iqtisadiyyatında bu gün çox qeyri-müəyyənlik və dərin struktur iqtisadi böhran var, ancaq bizdə bu böhrana qarşı müvafiq mexanizmlər var ki, onların nəticəsində ölkə iqtisadiyyatının idarə edilməsi ilə bağlı hansısa ciddi problemlər müşahidə edilmir".

İqtisadçı-analitik həmçinin bildirib ki, 2025-ci ildə biz xüsusi əhəmiyyət kəsb edən Azərbaycanda reallaşdırılan ünvanlı sosial yardımla bağlı artımların davam edilməsini görəcəyik. Eyni zamanda, son illərdə bizim minimum pensiya, minimum əməkhaqqılarda artımlar oldu, 2025-ci ildə də bu prosesin davam etdirilməsi nəzərdə tutulur.

Aminə Nəzərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 05 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri