Icma.az
close
up
RU
Pensiya qalmaqalı: DSMF nin səhvi niyə vətəndaşa yüklənir?

Pensiya qalmaqalı: DSMF nin səhvi niyə vətəndaşa yüklənir?

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq sənaye-energetika naziri, “AzərKimya” Dövlət Şirkətinin prezidenti və Milli Məclisin III çağırış deputatı olmuş akademik Məcid Kərimovun Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verməsi bir sıra məsələni gündəmə gətirib.

Belə ki, akademik pensiyasının azaldılmasına etiraz edərək məhkəməyə müraciət edib. DSMF-nin araşdırmasına görə, deputat fəaliyyəti ilə bağlı ona 4226 manat artıq pensiya ödənildiyi iddia olunur və sonradan aparılan təkrar hesablamada deputatlıq səlahiyyət müddətinin tam beş ili əhatə etmədiyi əsas gətirilərək əvvəlki hesablamada səhv olduğu bildirilib. Nəticədə aylıq 5858 manat əvəzinə 6631 manat ödəniş edildiyi və artıq ödənilmiş 4226 manatın geri tutulmasına qərar verildiyi açıqlanıb. Məhkəmə də pensiyanın yenidən hesablanmasını və artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılmasını qanuni hesab edib. Bu, sosial təminat sistemində dövlət qurumlarının səhvinə görə məsuliyyətin kimə aid olması ilə bağlı geniş müzakirələrə yol açır.

Yanlış hesablama dövlət qurumunun səhvidirsə, artıq ödənilmiş məbləğin vətəndaşdan geri tələb olunması hüquqi və sosial baxımdan nə dərəcədə əsaslıdır?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, kim olmasından asılı olmayaraq – istər nazir, istər Milli Məclisin üzvü, istərsə də sıravi vətəndaş hamının hüquqları var.

Onun sözlərinə görə, şəxs aldığı əməkhaqqına uyğun sosial müavinət və pensiya almaq hüququna malikdir:

“Səhv hesablanıb, artıq ödəniş edilib və vəsait geri qaytarılmalıdır” yanaşması isə, açıq desək, absurd bir məsələdir. Mülki qanunvericilik məsələyə fərqli yanaşır. Orada əsassız varlanma anlayışı var – qanuni əsas olmadan vəsait əldə edilməsi. Amma bu halda dövlət orqanı özü etiraf edir ki, səhv hesablayıb və vətəndaşa ödəniş edib. Belə olan halda vətəndaş niyə məsuliyyət daşımalıdır? Məsələnin digər tərəfini də düşünək: DSMF müəyyən edir ki, artıq ödəniş olub və həmin şəxs ertəsi gün vəfat edir. O halda pulu kimdən alacaqlar? Belə hallarda yalnız gələcək ödənişlərin düzgün hesablanması barədə yeni qərar verilə bilər, amma artıq ödənilmiş vəsaitin geri tələb olunması məntiqsizdir”.

Mehman Muradlı

Vəkil bildirib ki, qanunvericilik məntiqə söykənməlidir:

“Mən səhv etmişəm, sənə artıq pul vermişəm, indi isə onu səndən geri alıram” yanaşması hüquqi məntiqə ziddir və vətəndaşın hüquqi mənafeyinə açıq şəkildə zərbə vurur. Bu cür yanaşma hər birimizin başına gələ bilər və DSMF də bundan sui-istifadə edir. Son dövrlərdə hakimlərin pensiya hesablamaları ilə bağlı oxşar problemlər də yaşanır. Bir hakim var idi ki, pensiyaya çıxandan sonra iki il müddətində pensiyasını ala bilməmişdi və həmin müddətdə vəfat etmişdi. Yəni insan ömrünün son illərində almalı olduğu sosial təminatdan da məhrum edilmişdi. Bu, sosial müdafiə sistemindəki ciddi problemlərin göstəricisidir”.

Mehman Muradlı daha bir maraqlı məsələyə toxunub:

“Sosial siyasəti həyata keçirən qurumlar, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi real olaraq vətəndaşın deyil, daha çox formal hesabatların və görüntünün qayğısına qalır. “Dövlətin pulunu qoruyuruq” şüarı ilə çıxış edirlər, amma eyni zamanda lazımsız qeyri-yaşayış obyektlərini icarəyə götürür, idarələrin saxlanmasına böyük vəsaitlər xərcləyirlər. Hətta aparılmış yoxlamalar göstərirdi ki, işsizliklə bağlı yığılan vəsaitin təxminən 90 faizi həmin qurumun saxlanmasına sərf olunurdu. Yəni guya iş yerləri yaradılır, amma real olaraq vəsait idarəetməyə və bürokratik strukturların saxlanmasına gedir. Bu isə sosial dövlət anlayışının mahiyyətinə ziddir və sosial siyasətdə ciddi institusional problemlərin mövcudluğunu göstərir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Yanvar 2026 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri