Icma.az
close
up
RU
Pensiya qaydalarının elektronlaşdırılması nə vəd edir?

Pensiya qaydalarının elektronlaşdırılması nə vəd edir?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, Nazirlər Kabineti (NK) “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərlə bağlı yeni qaydaları təsdiq edib. Yeni qaydalara əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi prosedurları və qərarlarda göstərilən məlumatların toplanması rəqəmsal platformada təsnifləşdiriləcək. Belə ki, əmək pensiyalarına dair bütün əməliyyatlar kargüzarlıqdan tamamilə uzaqlaşdırılmaqla, tam rəqəmsal keçidə inteqrasiya olunaraq  Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə ediləcək.

Bəzi kateqoriyalar üzrə pensiya məbləğləri artacaq

NK-nın qərarına əsasən, göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim olunmasına bərabər tutulur. Yəni pensiya sistemi üzrə zəruri hərəkətlər e-sistemə əsaslandığından vətəndaşların şəxsi kabinet vasitəsilə bu proseslərə çıxış imkanları təmin olunacaq. Yeni sistem pensiyaların təyin edilməsi, təyin olunmasından imtina, əmək pensiyalarının yenidən hesablanması, yaxud təyinatın ləğvi və ya dayandırılması, habelə bərpası, eləcə də bir növdən başqa növə keçirilməsi üzrə qərarların verilməsində hesabatlılığı təmin etməklə, daha çevik qəbul edilməsi və nəticənin daha qısa zamanda bölüşdürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Pensiyaların proaktiv təyin olunduğunu nəzərə alsaq elektron platforma əhatəli resurs bazası kimi əmək pensiyalarının hesablanması, yaxud yenidən hesablanması və pensiya növünü dəyişdirilməsi proseslərinin sadələşdirilməsi baxımından da əhəmiyyətlidir. Yəni, qaydalar mürəkkəb təyinetmə mexaniziminin təkmilləşdirilməsi və ümumi pensiya proseslərinin sadələşdirilməsinə imkan verəcək.

Yeni qaydaların digər bir mühüm üstünlüyü  pensiya prosesləri üzrə elektronlaşdırmanın genişlənməsi sayəsində əlçatanlığın artması ilə bağlıdır. Nəticədə, ailədə pensiya alan şəxslərdən birinin müvafiq prosedurlara əsasən, qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq digər ailə üzvünə pensiya təyinatını ötürməsi, dəyişdirməsi, habelə təqaüd növünün dəyişdirilməsi, eləcə də pensiyaya çıxmaq istəyənlər üçün zəruri imkanlardan faydalanması da mümkün olacaq. Bu təyinat dəyişiklikləri isə bir çox hallarda əmək pensiyalarının yenidən hesablanması mexanizmi əsasında bəzi kateqoriyalar üzrə ümumi pensiya məbləğlərinin də artırılmasına imkan verəcək.

Əlillik dərəcələrinin təyinatı da asanlaşacaq

Pensiya sahəsində aparılan elektronlaşdırma tədbirlərinin digər bir istiqaməti əlillik dərəcələrinin qiymətləndirilməsi ilə bağlıdır. Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”na etdiyi dəyişikliyə əsasən, bu sahədə də yeni qaydalar tətbiq olunacaq. Yeni qaydaların birinci istiqaməti icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi ilə bağlıdır. Bu daha çox texniki dəyişiklikdir. Qaydalarda ən vacib dəyişiklik isə əlillik təyinatı prosesin daha geniş elektronlaşma platformasına əsaslanmasıdır. Belə ki, elektron resurs sxeminə əsasən, əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina barədə qərarlarda göstərilən məlumatlar əmək pensiyaçılarında olduğu kimi Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və  əldə olunacaq.

Hökumıətin yeni qaydaları tətbiq etməkdə məqsədi əlillik dərəcəsinin verilməsi prosesinin daha sadələşdirilməsi və elektron xidmətlərdən daha çox istifadənin təmin  olunmasıdır. Bu mexanizm ölkədə on minlərlə əlillik pensiyası alan şəxsin pensiya təyinatında dəyişikliyi nəzərdə tutur. Belə ki, hazırda ölkəmizdə 221 min 220 vətəndaş əlilliyə görə müavinət alır ki, onlardan təxminən 42 min nəfəri əlilliyi olan uşaqlardır. Hər il bu sosial qrup üzrə əlillik müraciətlərinin sayı artır. Ona görə də, əlillik müavinətin alınması ilə bağlı vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərə baxılması prosesində əlçatanlığı təmin etmək, daha təyinatlı qərarlar vermək, məmur təmasını tamamilə minimallaşdırmaq üçün prosesin elektronlaşdırılması zəruri hesab edilir. Bu baxımdan, NK-nın yeni qərarı əlillik üzrə müraciətlərin obyektiv araşdırılması və müavinətin təyinatı üzrə proseslərin daha da şəffaflaşmasına səbəb olacaq. Elektronlaşma əliillik dərəcələrinin alınmasını əhəmiyyətli dərəcədə asanlaşacaq.

2026-cı ildə kimlərin pensiyalarında artım gözlənilir?

Pensiya sistemində elektronlaşma və digər islahatlarla yanaşı, bu sahədə, xüsusilə də, sosial yığımların bazasında genişlənmə də müşahidə edilməkdədir. Sosial təminat və sosial müdafiə xərclərinin mənbəyi həm dövlət büdcəsinin xərclərinə, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə əsaslanır. Ona görə də sosial xərclərin artımında Fondun topladığı məcburi dövlət sığorta yığımları müstəsna rol oynayır. Hazırda həmin yığımlarda ötən illə nisbətdə hər ay artım dinmikası qeydə alınmaqdadır. Belə ki, 2025-ci ilin yanvar- sentyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 661,4 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz və ya 500,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 3 milyard 113,2 milyon manat olub. Nəticədə sosial ödənişlər bazası genişlənib. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 9 ay ərzində 6 faiz və ya 342 milyon manat çoxalaraq 5 milyard 889 milyon manat təşkil edib. Eyni zamanda, DSMF-nin xərcləri 9 faiz və ya 481 milyon manat artaraq 5 milyard 628 milyon manata çatıb.

Sosial müdafiə sektorunda yığım bazasının genişlənməsi 2026-cı ildə sosial fondun büdcəsinin daha da artacağına təminat verir ki, bu da pensiya və müavinətlərin həcminin artımı üçün əsaslı resurslar deməkdir. Hazırda gələn ilin dövlət büdcəsi layihəsi parlamentin müvafiq komitəsindədir və yaxın günlərdə müzakirəyə çıxarılacaq. Növbəti ilin büdcə zərfinin əsas xərc istiqamətlərinə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı da daxildir ki, bu da pensiya artımlarının maliyyələşməsi üçün büdcədə zəruri xərc resursunun formalaşacağı deməkdir.

Pensiyaların məbləğinin hansı həcmdə artacağı ilk növbədə 2025-ci ilin yekununda ölkə üzrə orta aylıq əməkhaqqının faizindən asılı olaraq müəyyənləşəcək. Cari il avqustun 1-nə olan məlumata əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib. İlin sonunda orta aylıq əməkhaqqının təxminən 10 faiz artacağı proqnozlaşdırılır ki, nəticədə pensiayaların artımı eyni rəqəm üzrə təmin ediləcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri