Icma.az
close
up
RU
Pensiya sistemində vərəsəlik prinsipi tətbiq oluna bilər KONKRET

Pensiya sistemində vərəsəlik prinsipi tətbiq oluna bilər KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Baltikyanı ölkələrdə tətbiq olunan pensiya kapitalının ailə üzvlərinin hesabına əlavə edilməsi modeli Azərbaycanda gündəmə gəlsə, ölkədə hansı sosial təsirlərin ortaya çıxacağı maraq doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, belə mexanizmin Azərbaycanda tətbiqi hazırkı qanunvericilik çərçivəsində mümkün deyil.

Ekspertin sözlərinə görə, pensiya kapitalının ailə üzvlərinə keçirilməsi ilə bağlı norma mövcud qanunlarda yer almır:

“Pensiya kapitalının ailə üzvlərinə keçirilməsi qanunvericilikdə yoxdur. Hazırda özəl pensiya fondları haqqında qanun qəbul edilir. Orada belə bir mexanizmin nəzərdə tutulması mümkündür, amma bu, əlavə – yəni könüllü pensiya sxemi olacaq. İnsan öz maaşından həmin sistemə vəsait ödəməlidir”.

Xalid Kərimli qeyd edib ki, mövcud icbari pensiya sisteminin strukturunda belə bir modelin tətbiqi real görünmür:

“İcbari pensiya sistemində bu məsələlər nəzərdə tutulmayıb. Çünki hazırda həmin sistem özünü dolandıra bilmir, dövlət tərəfindən dotasiya alır”.

Ekspert əlavə edib ki, Azərbaycan qanunvericiliyində ailə üzvlərinin sosial təminatı üçün artıq xüsusi mexanizmlər mövcuddur:

“Hökumətin ailə başçısını itirməyə görə sosial müavinət sistemi var. Ailə üzvü dünyasını dəyişdikdə yardım həmin mexanizmlər üzərindən verilir. Bu baxımdan icbari pensiya sistemində kapitalın vərəsəliklə ötürülməsi mümkün deyil”.

Kərimli bildirib ki, yalnız özəl pensiya sistemində vərəsəlik prinsipi tətbiq oluna bilər, lakin icbari sistemdə belə bir dəyişiklik nəzərdə tutulmur.

Beləliklə, Baltikyanı modelin Azərbaycanda icbari pensiya sisteminə inteqrasiya olunması həm hüquqi, həm də maliyyə baxımından real hesab edilmir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Noyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri