Icma.az
close
up
RU
Pensiya və müavinətlərlə bağlı YENİLİK

Pensiya və müavinətlərlə bağlı YENİLİK

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

Azərbaycanda pensiya və sosial müavinətlərin hansı bank vasitəsilə alınması məsələsi yenidən gündəmə gəlib.

Banker.az xəbər verir ki, hazırda pensiyaçıların və sosial ödəniş alan vətəndaşların böyük hissəsi vəsaitlərini əsasən iki bank üzərindən əldə edir.

Bu isə xüsusilə ödəniş günlərində bankomatların qarşısında uzun növbələrin yaranmasına səbəb olur.

Mövcud sistemdə vətəndaşlar bank seçimi etmək imkanına malik deyil, kartlar avtomatik qaydada müəyyən banklar vasitəsilə sifariş edilir. Bir çox pensiyaçı hesab edir ki, seçim hüququnun olmaması həm rahatlıq, həm də xidmət baxımından məhdudiyyət yaradır. Onların fikrincə, əgər bankı özləri seçə bilsələr, daha əlverişli xidmət və şərtlərdən yararlanmaq mümkün olar.

Xüsusilə yaşlı insanlar üçün bankomat növbələri və əlavə prosedurlar çətinlik yaradır. Bəzi vətəndaşlar bildirirlər ki, fərqli banklara müraciət etməyə öyrəşmədikləri üçün mövcud sistemlə kifayətlənirlər. Digər tərəfdən, bəzi bankların komissiya haqları da narazılıq doğurur. Pensiyaçılar əlavə 2–5 manat xidmət haqqı ödəmək istəmədiklərini vurğulayırlar.

Beynəlxalq təcrübədə sosial ödənişlərin hansı bank vasitəsilə alınması vətəndaşın öz seçiminə əsaslanır. Banklar müştəriləri cəlb etmək üçün əlavə bonuslar, aşağı komissiyalar, keşbek kampaniyaları və digər üstünlüklər təklif edirlər. Bu model maliyyə sektorunda rəqabəti gücləndirir və xidmət keyfiyyətini artırır.

Azərbaycanda da bu istiqamətdə dəyişiklik planlaşdırılır. Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, bank sektoru və aidiyyəti dövlət qurumları tərəfindən zəruri texniki və təşkilati hazırlıq işləri aparılır. Layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Bu məsələ Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də öz əksini tapıb. Strategiyaya əsasən, vətəndaşların pensiya və müavinət ödənişlərini istənilən bank vasitəsilə almaq üçün bank seçimində sərbəstliyin təmin edilməsi planlaşdırılır.

İlkin mərhələdə əməkhaqqı ödənişlərində seçim hüququnun tətbiqi prioritet hesab olunur. Daha sonra sistemin pensiya və sosial müavinətlərə də şamil ediləcəyi gözlənilir.

Qeyd edək ki, təxminən 1,2 milyon pensiya və sosial yardım alan vətəndaşın bank seçimi imkanı əldə etməsi bank sektoru üçün də iqtisadi baxımdan cəlbedici olacaq. Bu yenilik banklar arasında rəqabəti artıracaq, xidmət haqlarına və komissiyalara təsir göstərəcək, eyni zamanda vətəndaş məmnuniyyətini yüksəldəcək.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://dogru.az
archiveBu xəbər 22 Fevral 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri